Ağcabədidə yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyi (FHN) respublikada pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində silsilə tədbirlər həyata keçirir.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, bu çərçivədə, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti “MKT İK” MMC-nin Ağcabədi pambıq emalı zavodunda yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirib.

Tədbirdə həmin zavodun əməkdaşları iştirak edib.

“Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri” mövzusunda keçirilən tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğınsöndürmə vasitələri və qığılcımsöndürənlərlə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasının, açıq oddan istifadə edilməsinin, siqaret çəkilməsinin müvafiq normalara zidd olduğu da vurğulanıb. Eyni zamanda, tədbirlərdə su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də diqqətə çatdırılıb.

“Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri” mövzusunda keçirilən seminar-müşavirədə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğınsödürmə vasitələri və qığılcımsöndürənlərlə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında həyata keçirilməli olan yanğın təhlükəsizliyi tədbirləri barədə ətraflı məlumat verilib, su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların olmasının zəruriliyi vurğulanıb.

Mənbə: AZERTAG.AZ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər