Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Ağcabədi rayonunun Salmanbəyli kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən bildiriblər ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib.