14.4 C
Aghjabadi
Cümə axşamı, Oktyabr 28, 2021

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə məhsul yığımına hazırlıq görülür.

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə məhsul yığımına hazırlıq görülür.

Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, 2021-ci ildə rayonda “Azərpambıq” MMC, “MKT İstehsalat Kommersiya” MMC və “P-Aqro” MMC ilə müqavilə əsasında 11 min hektar sahədə pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir.

Artıq pambıq yığımına hazırlıq işləri görülür – kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir. Pambıq yığımına 53 ədəd kombayn, 128 ədəd traktor, 276 ədəd qoşqu, 5 ədəd yükləyici, 39 ədəd çiləyici cəlb edəcək. Bu mövsüm rayon üzrə 38 min tondan çox pambıq istehsalı gözlənilir.

Qeyd edək ki, Ağcabədi rayonunun ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq son illərdə yenidən inkişaf dövrünü yaşayır. Ölkə rəhbərliyi tərəfindən pambıqçılığın inkişafına verilən dəstək rayonun zəhmət adamlarında böyük ruh yüksəkliyi yaradıb. Ötən il Ağcabədi rayonunda 10 min 689,2 hektar sahədə pambıq becərilib. 37 min 887 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 35,44 sentner olub.

Xəbər lenti

Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olundu

27 oktyabr 2021-ci il tarixdə  karantin qaydaları gözlənilməklə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Aşıq Ələsgərin yubileyi ilə əlaqədar Ağcabədi gəncləri üçün inkişaf...

Şəhid ailəsi üçün ev tikilir

Zülfüqar Rəhim oğlu Mirzəyev 21 fevral 1967-ci ildə Füzuli rayonunun Əbürrəhmanlı kəndində anadan olub. 1985-1987-ci illərdə Moskvada ordu...

Şəhid ailəsi ziyarət olunmuşdur

YAP Ağcabədi rayon təşkilatı II Qarabağ müharibəsində şəhid ailələrinin və qazilərin ziyarətini davam etdirir.            ...

Görkəmli rəssam Bakıda Beynəlxalq konfransda iştirak edib

Elimizin,obamızın fədakar övladları respublikamızın hüdudlarından kənarda belə, öz istedadları, bacarıqları və səmərəli fəaliyyətləri ilə rayonumuzun adını daim uca tuturlar. Onlar yaşadıqları, çalışdıqları...

Vətənpərvər müəllim

27 sentyabr 2020-ci il ildə  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistan silahlı qüvvələrinə qarşı cəbhəboyu ərazilərdə əks-hücum əməliyyatına başlayan rəşadətli...

Rəsm qalereyasının bu günü və sabahı

Rəsm qalereyası 2005-ci ildən etibarən Ağcabədi Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərir. Yarandığı gündən qalereyaya rəssam Əkbər İsayev rəhbərlik edir. Əkbər müəllimlə...

Başlıbel faciəsi Koreya mətbuatında işıqlandırılıb

Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan Başlıbel faciəsi haqqında məqalə Cənubi Koreyanın nüfuzlu "The Korea Post" qəzetində yayımlanıb. 525.az...

Dağılmış evlərin bərpasına 15 milyon manat xərclənəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda (1 və 2), Gəncə şəhərində,...

Ağcabədi rayonundakı evdən naqil oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıblar

Ağcabədi rayonu ərazisindəki evlərin birindən naqil oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, rayon ərazisindəki...

Şəhidlərin yas mərasimləri keçirilib

Bu günlərdə Vətən Müharibəsində şəhid olmuş Kəbirli kəndindən olan Təhmasib Qarayev, Hacıbədəlli kəndində Dəyanət Əliyev və Yuxarı Qıyamaddınlı kəndində Sahil Məmmədovun il...

Şərhlər