Ağcabədidə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri aparılıb

Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri davam etdirilir.

İdarənin əməkdaşları tərəfindən şəhər sakinləri ilə edilən maarifləndirici söhbətlər zamanı vətəndaşlara yaxın məsafəli ünsiyyət zamanı virusun yoluxma riskinin daha yüksək olduğu bildirilib. İnsanlara xüsusi karantin rejiminin tələbləri xatırladılaraq, bu tələblərin vətəndaşların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınması məqsədi ilə tətbiq edildiyi diqqətə çatdırılıb. İdarə əməkdaşları, həmçinin insanların sağlamlığının qorunması, pandemiyaya qarşı mübarizənin səmərəli təşkil edilməsi məqsədilə vaksinasiya tədbirlərinin həyata keçirilməsinin vacibliyini nəzərə alaraq, COVID-19 virusu ilə bağlı əhaliyə vaksinasiyanın əhəmiyyəti barədə ətraflı məlumatlar veriblər.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com