14.6 C
Aghjabadi
Çərşənbə, May 25, 2022

Azad olmuş Şuşada möhtəşəm bayram təntənəsi yaşanıb

            Azərbaycan təbiətinin, tarixinin və sənət dünyasının nadir incisi sayılan qədim Şuşadan Tanrı heç nəyi əsirgəməyib. Səfalı ab-hava, füsunkar mənzərələr, saf sular bu şəhərə xüsusi gözəllik bəxş edib. Qədim qalalar, tikililər, bulaqlar, daşlar tarixin yadigarlarıdırlar. Bu torpağın hər qarşısında musiqi şeir sənəti yaşayır.

            Qarabağ tarixinin, şeir, musiqi sənətinin, arxitekturasının zəngin ənənələri burada bu gün də canlı və təravətlidir.

            Avqustun 30-da həmvətənlərimiz 29 ildən sonra ilk dəfə olaraq, qüdrətli söz ustası, dövlət xadimi Molla Pənah Vaqifin Şuşadakı məqbərəsinin ətrafına toplaşıblar. Qələbə, zəfər ovqatlı insanlar buraya axın ediblər. Məqbərə önündə şeir söyləyən, muğam ifa edən hər kəs Vaqifin ölməz ruhu qarşısında öz sevincini, fərəh hissini nümayiş etdirib, arzularını bölüşüb. Şairin narahat ruhu perik düşsə də, can sirdaşlarının qayıdacağı, geri dönəcəyi günü intizarla, səbirsizliklə gözləyib. Bu gün məhz həmin gün idi. Vaqifin məqbərəsinin yenidən açıldığı gün, Vaqif Poeziya Günləri yenidən başlandığı gün…

            Düz 39 il tarixi olan Vaqif Poeziya Günləri işğaldan azad Şuşada əsl bayram təntənəsi yaşadıb. Ümummilli lider Heydər Əliyevin 1982-ci il yanvarın 14-də Şuşa şəhərində Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin tikintisi barədə göstərişi, onların təntənəli açılışında iştirakı çox mühüm tarixi, mədəni əhəmiyyət kəsb edib. Məhz ulu öndərin qərarı ilə 29 iyul – 3 avqust tarixində Şuşada Vaqif Poeziya Günləri keçirilib.

            Azərbaycan ədəbiyyatı tarixində mühüm rol oynayan bu bənzərsiz ədəbi-bədii tədbir həmin tarixdən 1991-ci ilədək hər il avqust ayında görkəmli şairin vətəni Qazaxdan başlayıb Şuşanın məşhur Cıdır düzündə yekunlaşıb. Təsadüfi deyildir ki, Vaqif Poeziya Günləri çərçivəsində şeir gecələri ilə yanaşı təqdim edilən konsert proqramları da böyük marağa səbəb olub.

            Prezident İlham Əliyevin Şuşa şəhərini respublikanın mədəniyyət paytaxtı elan etməsi, bu müqəddəs məkanda “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin bərpası, bütövlükdə, torpaqlarını erməni işğalından azad etmiş müstəqil Azərbaycanımızın mədəni həyatının əsl təntənəsinə çevirilib. Tədbirdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı böyük ruh yüksəkliyi doğurub, coşqu ilə qarşılanıb.

            Heydər Əliyev Fondunun təşkil etdiyi Molla Pənah Vaqifin bərpa edilmiş möhtəşəm məqbərəsi qarşısında keçrilən tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. Söz şeir-sənət, musiqi nümayəndələrinə verilib. Çıxışlardan sonra Vaqif Poeziya Günlərinin tarixini əks etdirən videoçarx nümayiş etdirilib. Tədbirdə muğam triosunun ifasında səsləndirilən “Qarabağ şikəstəsi” diqqəti çəkib.

            Rəsmi açılış mərasimi başa çatdıqdan sonra iştirakçılar Molla Pənah Vaqifin bərpa olunmuş və yenidən qurulmuş muzey-məqbərə kompleksini ziyarət ediblər.

            Necə deyərlər, yuxu kimi görünən bu tarixi tədbir Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə reallaşıb, xalqımıza ərmağan edilib. Bu tarixi hadisə hər birimizin qəlbini riqqətə gətirib, sabaha inamımızı, yaşamaq eşqimizi daha da artırıb.

            Qeyd edim ki, Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi çox mühüm tarixi, siyasi və mədəni hadisə hesab olunur. Respublikanın görkəmli sənət adamlarının qatıldıqları bu tədbir bizim mədəniyyət tariximizin parlaq səhifəsini təşkil edib. Gün ərzində Şuşada yüksək bayram əhval-ruhiyyəsi hökm sürüb. Hər bir mərasim iştirakçısı qələbə sevinclərini, zəfər duyğularını bir daha yaşayıb. Hər oxunan şeirdə, ifa olunan musiqidə bizlərə bu qələbə sevinclərini yaşadan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, ölməz şəhidlərimizə, qəhrəman qazilərimizə minnətdarlıq hissləri əks olunub.

            Ertəsi gün Poeziya günləri çərçivəsində ədəbi simpozium keçirilib, sərgilər nümayiş etdirilib. Tədbir iştirakçıları yüksək təəssüratlarla, xoş əhval-ruhiyyə və xatirələrlə geri dönüblər.

Yəhya PAŞAZADƏ

Xəbər lenti

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Bu gün onların peşə bayramıdır

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.  Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu...

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

Şərhlər