Hacıbədəlli kənd sakinləri tərəfindən “Aran” qəzeti redaksiyasına internet tezliyinin aşağı olması səbəbindən, onun imkanlarından istifadə edilməsində yaranmış çətinliklər barəsində şikayətlər daxil olub. Bununla əlaqədar, Ağcabədi Rayon Telekommunikasiya Qovşağının rəisi Elməddin Mamedovla əlaqə saxladıq. Onun sözlərinə görə, Hacıbədəlli kəndinin ərazisində quraşdırılmış internet avadanlığı normal vəziyyətdə işləyir. Lakin qonşu Pərioğullar kəndi arasında məsafə uzaq olduğuna görə oraya internetin ötürülməsində, həqiqətən də, problemlər mövcuddur. Sosial iqtisadi inkişafa dair 2019-2023-cü illər üçün nəzərdə tutulmuş Dövlət Proqramının tələbləri ilə əlaqədar Pərioğullar kəndi ərazisində yeni tipli avadanlıq quraşdırılması ilə bu problem aradan qaldırılacaq. İdarə rəisi onu da əlavə edib ki, yaxın gələcəkdə şəhər mərkəzində, qəsəbə və kəndlərdə yeni internet avadanlığının quraşdırılması təmin olunacaq.
“Aran”