Avqust ayının 29-da Ağcabədi rayonunun Xocavənd kəndində Vətən müharibəsində şəhid olan baş kəşfiyyatçı Əliyev Mirağa Musa oğlunun doğum günü qeyd olunmuşdur. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin məsul işçiləri, şəhid anaları, kənd sakinləri iştirak etmişlər.
Şəhidin doğum günündə onun xatirəsini əbədiləşdirən yeni bulaq da istifadəyə verilmişdir.
Sonra mərasim iştirakçıları Mirağa Əliyevin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Qeyd edək ki, şəhid Mirağa Əliyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Adil MİSİRLİ