Sentyabrın 1-i Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yas mərasimləri keçirilməsinin qarşısı alınmışdır.
Yas mərasimi təşkil edən, Kəhrizli kənd sakini Şükür Nəcəfov, Hindarx qəsəbə sakini Zabilə Nuriyeva, Pərioğullar kənd sakini Rüfət Əhmədov, Hacıbədəlli kənd sakinləri Ağamirzə Yusubov, Abbasov hər biri 400, Aşağı Avşar kənd sakini Elxan Mamedov 250, Pərioğullar kənd sakini Şirin Abbasov, Qaradolaq kənd sakini Qüdrət Qasımov isə 200 manat məbləğində cərimələniblər.
Həmin yas mərasimlərində iştirak edən Kəhrizli kənd sakini İlyas Quliyev, Pərioğullar kənd sakini Sənan Əbilov , Hacıbədəlli kənd sakini Etibar Əhmədov, Ağcabədi şəhər sakinləri Əsgər Abbasov, Azər Abbasov, Ramiz Quliyev, Elsevər Həsənov, Qaradolaq kənd sakini Bəxtiyar Qasımov, Cəlal Qasımov, Amid Bağırov, İlham Qasımov hər biri 200, şəhər sakini Zaur Həsənov isə 250 manat məbləğində cərimə olunublar.