5 sentyabr 2021-ci il tarixdə Ağcabədi rayon Mərkəzi Kitabxana Sisteminin
kollektivi şəhid Tariyel Atayevin Minəxorlu kəndindəki məzarını ziyarət edib.
Ziyarətdə şəhidin döyüş yoldaşları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra ziyarət
iştirakçıları qəhrəman el oğlumuz haqqında xoş xatirələrini bölüşüblər. Çıxış edənlər
Tariyel Atayevin Füzuli, Ağdərə, Xocavənd və Şuşanın düşməndən azad olunması
uğrunda göstərdiyi igidliklərdən söz açıblar.
Qeyd edək ki, Tariyel Atayev Şuşa şəhəri uğrunda gedən döyüşlərdə
qəhrəmancasına şəhid olub və 11 noyabr 2020-ci ildə Minəxorlu kənd
qəbristanlığında dəfn olunub. Qəhrəman həmyerlimiz ölkə Prezidenti İlham Əliyevin
Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə tətbiq edilmişdir.
Hüseyn QULUZADƏ