Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVİD-19 infeksiyası əleyhinə həyata keçirilən tədbirlər davam etdirilir.
Belə ki, sentyabrın 3-ü tibbi maskadan istifadə edilmədiyi üçün rayonda bəzi obyektlərə cərimə tətbiq edilib. H.Əliyev prospektində yerləşən “Oba” marketdə Emil Əliyev 200, H. Aslanov küçəsində yerləşən “SOEL” parfum mağazasında Beyləqan şəhər sakinləri Sadiq Əlizadə, Sərvan Ələkbərov və Ağcabədi şəhər sakini Pərişan Məhərrəmova, Ü. Hacıbəyli prospektində yerləşən gözəllik salonunda Sevinc İsmayılova, Ruhiyyə Hüseynova, “Neptun” mağazasında şəhər sakinləri Samiq Əhmədov, Nadir Əliyev, “Hədiyyələr” mağazasında şəhər sakini satıcı Xəyal Mamedov, Ağa Əliyev, şəhər ərazisində yerləşən avtomobil ehtiyat hissələri mağazasında şəhər sakini Elmin Həsənov, T. İsmayılov küçəsində yerləşən avto bazada satıcı işləyən Rəşid Məmmədov, Şirin Nəbiyev, E. Sadıqov küçəsində yerləşən marketdə şəhər sakinləri Bəxtiyar Verdiyev, Hassan Beigoğlu hər biri 100 manat məbləğində cərimələnibər