Dünya sənin, Dünya mənim, Dünya heç kimin! – Esse

   Bu dünyaya göz açandan kütlədən eşitdiyimiz bir ifadə var: “Beşgünlük dünya”. Təəssüf ki, çoxluq sevimli şairimiz Məmməd Arazın “Dünya sənin, dünya mənim, dünya heç kimin“ misralarını da bu fikrin təsdiqi kimi kimi görür. Lakin şeirin özünü kənara qoyub yalnız bu 3 misraya diqqət yetirsək belə, yetərincə dünya, kainat, eşq və kamillik haqqında danışa bilərik.

Kamilliyə gedən yolu lap sadələşdirsək, 3 mərhələyə bölmək olar.

Birincisi mərhələ yolun başlanğıcıdır. Bu elə mərhələdir ki, sən sevdiklərini, bəyəndiklərini kor-koranə sevir, başqalarının diqtəsinə əsasən bəyənir və ya bəyənmirsən. Sənə görə kütlənin qəbul etdiyi qəbulediləndir. Ətrafla idarə olunursan, ətrafın düşüncəsinə tabesən. Kütlənin həzm edə bilmədiyi sənin də boğazından keçmir. Yəni sən özün olaraq yoxsan. Özünü bilmirsən. Sənin üçün yalnız başqaları var. Bu mərhələni şair də birinci olaraq vurğulayır: “DÜNYA SƏNİN”

İkinci mərhələ – bu mərhələ ikinci olmaqla, həm də partlayış mərhələsidir. Zaman-zaman içinə yığdığın, qəbul etdiyin, tabe olduğun hisslər qabarır, kiçik-kiçik partlayışlara səbəb olur. İçində bir dəyişiklik yaranmağa başlayır. Sənin kiçik partlayışlarla üzə çıxan sevgilərin zamanla birləşir və böyük bir partlayışa çevrilir. Sən xırdalıqlardan qurtulub bütöv bir Eşqə dönürsən. Sən öz Mənini, öz içindəki Allahı tapırsan. Zərrələr birləşib, bütövləşib tam olanda öz kimliyindən həzz almağa başlayırsan. Anlayırsan ki, əslində hər kəsin içində Allah var. Bunu insanlara çatdırmaq üçün var gücünlə haykırırsan. Onları sənə inanmağa çağırırsan. Bunu daha aydın çatdırmaq üçün öz yaşantılarını söyləyirsən, özünü misal çəkirsən. Amma səni anlamırlar. Nəsimi “Həqq mənəm” deyincə dərisini soyan kütlə sənin də qanını içməyə hazırdır. Sən özünü ətrafdakılara sübut etmək üçün çox çətinliklər yaşayacaqsan, canın yanacaq. Dəli deyəcəklər, axmaq deyəcəklər, kafir deyəcəklər amma Allah deməyəcəklər. Bax bu mərhələdə anlayacaqsan ki, çoxluq içində həm də təksən. Özünü, yalnız özün dərk edirsən. Öz böyüklüyündən yalnız özün xəbərdarsan. Səndən başqa hər kəs yenə öz iş-gücündə, çalıb-oxumağında, alış-verişində, çapıb-talamağındadır. Tənhalığın əzabı ilə yanaşı böyüklüyünün həzzi səni pıçıldamağa məcbur edər: “DÜNYA MƏNİM“

Üçüncü mərhələ – Bax üçüncü mərhələ həm də bir az qorxulu mərhələdir. Artıq elə bir zirvədəsən ki, əvvəllər sənə əlçatmaz görünənlər indi səndən çox geridədir. O qədər çox ki, qalxdığın və qaldığın zirvədən geridönüşün, qayıdışın mümkünsüzdür. Bu qayıdış sənin məhvin olar. Durduğun zirvə isə daha səni qane etmir. Sən o zirvədən də yuxarı qalxa biləcəyinə inanırsan. Öz “gücünə”, öz “qüvvənə” əminsən. Və nəhayət böyük ümidlə atdığın addım nəhəng, qara bir boşluğa düşür. Əslində o, boşluq deyil. Sənə qaranlıq görünən həmin “boşluq“ nəhayətsizliyin, əsl işığın özüdür. Sadəcə o işığı görmək sənin “gücün“ daxilində deyil. Sən o işığı yalnız hiss edirsən, yaşayırsan. Zehnin, ağlın, ruhunla bir gün tamamilə o “qara işığa” qarışırsan. Özünün də bir zərrəsi olduğun işığa… Budur, artıq bir insan olaraq yox olursan… Və onda Məmməd Araz üçüncü misranı “pıçıldayır”: DÜNYA HEÇ KİMİN!

Məhsəti Musa

Millət vəkilindən mediaya dəstək

Xəbər verdiyimiz kimi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan məsələlər arasında medianın vergidən azad...

Mehriban Əliyeva Türkiyəyə başsağlığı verib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib.  "Instaqram" hesabında olan paylaşımda...

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 26 avtomobili maneəsiz keçib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 20 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.   "Report"un aksiya keçirilən...

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad edilir

Aranın xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur. Layihənin qeyd hissəsində əsaslandırılıb...

Azərbaycan və  Macarıstan oxşar cəhətlərə malik ölkələrdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstana rəsmi səfəri zamanı Budapeştdə mətbuata bəyanat vermişdir. Bəyanatda qeyd edilir ki, dost ölkələr kimi Azərbaycanla Macarıstan...

Azərbaycanda media subyektlərinin əldə etdikləri gəlirlər vergidən azad olunacaq

Azərbaycanda media subyektlərinin əldə etdikləri gəlirlər vergidən azad olunacaq. "Report"un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Azərbaycan və Macarıstan münasibətləri yeni inkişaf mərhələsində

Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu ölkələr arasında qarşılıqlı səviyyədə...

Türkiyədə zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb, 2323 nəfər yaralanıb 

Türkiyədəki zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb. “Aran” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in çevik qüvvələri Türkiyəyə yola düşəcək

Bu gün səhər saatlarında Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab...

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başsağlığı verib. Aran xəbər verir ki, başsağlığında deyilir:

Şərhlər