Ağcabədi rayon Heydər Əliyev Mərkəzində dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 136 illiyi və 18 sentyabr – Milli Musiqi Günü münasibətilə “Şərqdən doğan opera günəşi” adlı sərgi təşkil edilib.
Mərkəzdən bildirilib ki, Üzeyir Hacıbəylinin həyat və fəaliyyətini əks etdirən kitab, qəzet və jurnallardan, eləcə də mərkəzdə fəaliyyət göstərən kurs üzvlərinin əl işlərindən ibarət sərgi sentyabrın 20-dək davam edəcək.
Karantin rejiminin tələbləri qorunmaqla, istənilən şəxs sərgi ilə tanış ola bilər.
Mənbə: AZERTAG.AZ