Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin qaydalarını
pozan şəxslər barədə tədbirlər görülüb.
Sentyabrın 8-i yas mərasimi təşkil edən Aşağı Avşar kənd sakini Şövqü
Süleymanlı, Qaradolaq kənd sakini Namaz Namazov hər biri 400, Hüsülü kənd
sakini Bayram Rüstəmov isə 300 manat məbləğində cərimə olunublar.
Həmin yas mərasimlərində iştirak edən Ağdam rayon Kəngərli kənd sakini
Anar Şirəliyev, Qaradolaq kənd sakini Qara Şirinov 400, Avşar kənd sakinləri Cavid
Əliyev, Fərhad Əliyev, Elmir Abdullayev, Hüsülü kənd sakini Cahid Rüstəmov hər biri
200 manat olmaqla cərimə ediliblər.
Qapalı məkanlarda tibbi maskadan istifadə etməyələr barədə də cərimələr
tətbiq olunub.
Ağcabədi şəhər sakini Vətən Cəfərov 400, digər şəhər sakinləri İlqar Nəsirov,
Elxan Əliyev 200, Ceyhun Məmmədov və Tağı Kərimov 100 manat məbləğində
cərimələniblər.