MOB-un dəstəyi ilə problemlər həllini tapır

Vətəndaşların MOB Mərkəzinə daxil olan müraciətləri, onların real həlli istiqamətində atılan addımlar barəsində qəzetimizin müxtəlif saylarında müntəzəm məlumatlar verilir.

Bu dəfə də müsbət şəkildə həllini tapan işıq problemi ilə bağlı xəbəri sizə çatdırmaq qərarına gəldik.

MOB Mərkəzinə rayon mərkəzindən, eləcə də kəndlərdən transformator sistemində nasazlıqlar olduğu, işıqların tez-tez sönməsi, “Azərişıq” ASC-yə ünvanlanan şikayətlərin cavabsız qalması və bu problemin yaratdığı çətinliklər barəsində müraciətlər tez-tez daxil olur. Problemin qısa müddət ərzində həlli istiqamətində müvafiq addımlar atılır. Görülmüş tədbirlər nəticəsində Yuxarı Qiyaməddinli kəndində subartezian quyusunun transformatoru yenilənərək, sakinlərin ixtiyarına verilib. Həmçinin, Minəxorlu kəndində köhnə transformator yenisi ilə əvəz olunub, həmin ərazidə  kabel sistemi də  “Azərişıq”  ASC tərəfindən dəyişdirilib. Hazırda Cəfərbəyli kəndində məcburi köçkünlərin yaşadığı ərazidə işıqların zəif olması ilə əlaqədar transformatorda  təmir işləri aparılır.

Rəmziyyə HƏSƏNOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər