Avropa Birinciliyinin mükafatçıları ilə görüş keçirilmişdir

   Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev Taekvondo idman növü üzrə Avropa Birinciliyində uğurlu nəticələr əldə etmiş Ağcabədi taekvondoçuları ilə görüş keçirmişdir. İdarə rəisi idmançıları qazandıqları nəticələr münasibəti ilə təbrik etmiş, onlara yeni-yeni nailiyyətlər arzu etmişdir. Qeyd edək ki, 25-27 avqust 2021-ci il tarixlərdə Estoniyanın paytaxtı Tallinn şəhərində keçirilən uşaq və yeniyetmələr arasında taekvondo idman növü üzrə Avropa birinciliyində milli yığma komandanın tərkibində iştirak edən Ağcabədi taekvondoçuları uğurla çıxış edərək qızıl və gümüş medal qazanıblar. Taekvondoçularımız uşaqlar arasında çıxış edən Çingiz Həsənov 36 kq çəkidərəcəsində I yerə, yeniyetmələr arasında çıxış edən Vasif Səlimov 45 kq çəki dərəcəsində II yerə layiq görülmüşdür

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər