“COVİD-19” pandemiyası ilə əlaqədar vaksin olunanların sayı artıb

         Xəbər verdiyimiz kimi, rayonumuzda vaksinləşmə prosesi uğurla davam etdirilir. Koronavirusun (COVİD-19) öldürücü bir virus olduğunu dərk edən rayon əhalisi vaksinləşmə prosesinə həssaslıqla yanaşaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında və kəndlərdə fəaliyyət göstərən məntəqələrdə peyvənd olunurlar. İndiyədək rayon əhalisinin 111 min 401 nəfəri peyvənd olunub. Onların 64 min 426 nəfəri I doza, 46 min 975 nəfəri isə II doza üzrə  vaksinləşib.  10 min 172 nəfər 65 yaşdan yuxarı, 32  min 627 nəfər 50-64 yaş arası, 19 min 968 nəfər 40-49 yaş arası, 24 min 981 nəfər 30-39 yaş arası 23 min 653 nəfər 30 yaşdan aşağı şəxslərdən ibarətdir. Rayon vaksinasiya kampaniyasının rəhbəri Sabir Məhərrəmovun bildirdiyinə görə, sağlamlıq durumu qənaətbəxş olan şəxslərə vaksinasiya tədbirləri gündəlik səyyar briqadalar vasitəsilə həyata keçirilir.

“COVİD-19” pandemiyası ilə əlaqədar peyvəndlənmə mütəşəkkilliklə davam edir.

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər