“İstanbul”da cərimə

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qapalı məkanlarda karantin qaydalarını pozaraq, tibbi maskadan istifadə etməyən şəxslər cərimələniblər.

Sentyabrın 7-si Ağcabədi şəhəri ərazisində yerləşən “İstanbul” satış mağazasının sahibi Tofiq Hüseynov 400, Şərəfxanlı kənd sakini Rəfail Abdullayev, Soltanlı kənd sakini Rəvan Səfərov, Pərioğullar kənd sakini Eldəniz Əliyev, şəhər sakinləri Niyazi Şirinov, Şahlar Qasımov, Qalib Bədəlov, İsmayıl Soltanov, Elçin Nəsirov, Qasım Məhərrəmov, Nicat Abbasov 100 manat məbləğində cərimə olunublar.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər