Rayonun digər inzibati ərazi vahidlərində olduğu kimi Köyük və Hacılar kəndlərində də pambıq yığımı ilə əlaqədar lazımi işlər aparılır. Kənd ərazisində 64 nəfər torpaq mülkiyyətçisinə məxsus olan 115 hektar əkin sahəsinə pambıq əkilmişdir. İlkin olaraq 2 hektar ərazidə dərmanlama işləri yekunlaşıb. Hazırda bu proses sürətlə davam etdirilir.
Hacılar kəndində də 45 nəfər təsərrüfatçıya aid olan 91 hektar əkin sahəsində pambıq becərilmişdir ki, bunun 20 hektar ərazisində dərmanlanma işləri aparılıb. Dərmanlama tədbirləri davam etdirilir.
Pambığın becərilməsi və bol məhsulun maşınlarla yığılıb vaxtında və itkisiz təhvil verilməsi üçün bütün imkanlar səfərbərliyə alınıb.
Hüseyn QULUZADƏ