Milli Musiqi Günü ilə bağlı tədbirlər keçirilir

Milli Musiqi Günü münasibətilə hər zaman olduğu kimi bu il də rayonumuzda bir sıra mədəniyyət müəssisələri tərəfindən silsilə tədbirlərin keçirilməsinə başlanılıb.

Sentyabrın 8-də Ağcabədi rayon Mərkəzi Kitabxanası tərəfindən açıq havada Üzeyir Hacıbəyovun əsərlərindən və həmçinin Azərbaycan musiqi tarixini əks etdirən kitablardan ibarət sərgi təşkil olunmuşdur.Oxucuların və şəhərimizin qonaqlarının marağına səbəb olan sərgi sentyabrın 19-dək davam edəcəkdir.

*       *       *

Sentyabrın 9-da kitabxana əməkdaşlarının iştirakı ilə daha bir tədbir keçirilib.

Tədbir dahi Üzeyir Hacıbəyovun “Koroğlu” uvertürasının sədaları altında açıq elan edildi.

Sonra Ağcabədi rayon MKS-nin direktoru Məhəbbət Əliyeva, direktor müavini Təranə Məmmədova, kitabxananın əməkdaşı İlhamə Musayeva və digərləri çıxış edərək, dünya şöhrətli bəstəkar, musiqişünas alim, publisist, pedaqoq və ictimai xadim Ü.Hacıbəyovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdilər.Sonda bəstəkarın əsərlərindən ibarət sərgiyə baxış keçirildi.

*       *       *

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində də Milli Musiqi Gününə həsr olunmuş tədbirlər həyata keçirilir.

Sentyabrın 10-da isə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə dəyirmi masa təşkil olunmuşdur.Karantin rejiminin qaydalarına əməl olunmaqla keçirilən tədbiri Mərkəzdə direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva açıq elan edib. O, 136 illiyi qeyd olunan dahi bəstəkarı Ü.Hacıbəyovun yaradıcılığı, eləcə də Heydər Əliyev Mərkəzinin əvvəlki illərdə musiqi günü ilə bağlı keçirdiyi tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verib. O, bildirib ki, doğma Ağcabədidə dünyaya gəlmiş, Şuşada ilk təhsilini almış, Qori seminariyasını, Sankt-Peterburqda konservatoriyanı bitirmiş Üzeyir Hacıbəyov böyük, parlaq yaradıcılıq yoluna başlamış, bu yaradıcılıq yolunu şərəflə keçərək Azərbaycan xalqının tarixində görkəmli rol oynamış, böyük bəstəkar kimi şöhrət tapmışdır.

 Sonra Mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Gündüz Sevindik, Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramov, Ü.Hacıbəyli adına uşaq incəsənət məktəbinin müəllimi Günel Kərimova, ”Aran” qəzetinin redaktoru Məhsəti Musa və digərləri çıxış edərək, fikirlərini, ürək sözlərini bölüşüblər.

Sonda qonaqlar Üzeyir Hacıbəylinin həyat və fəaliyyətini əks etdirən kitab, qəzet və jurnallardan, eləcə də mərkəzin kurs üzvlərinin əl işlərindən ibarət “Şərqdən Doğan Opera Günəşi” adlı sərgi ilə tanış olublar. Qeyd edək ki, sərgi 20 sentyabr 2021-ci il tarixədək davam edəcəkdir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər