Koronovirus epidemiyası əleyhinə Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində qapalı məkanlarda karantin qaydalarını pozaraq tibbi maskadan istifadə etməyən şəxslər cərimə olunublar.
9-10 sentyabr tarixlərində Ağcabədi rayon sakinləri Sahil Quliyev, Elçin Əliyev,Şaban Allahverdiyev, Arif Allahverdiyev, Fəxri Mirzəyev, İsa Mirzəyev, Muğan Bayramov, Pərviz Yusifzadə, Ramin Fərəcov, Həsən Abuzərli, İsmayıl Bağırov, Sabir Rəhimov, Rasim Əkbərov, Şamil Yunisov, İbrahim Əliyev və Xəqani Bağırov hər biri 100 manat məbləğində cərimələniblər.