Rayonda müvəqqəti seysmik stansiyalar quraşdırılacaq

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, ABŞ-ın Missuri Universiteti və Ukrayna Elm və Texnologiya Mərkəzinin “Qafqaz kəsilişi” birgə layihəsi çərçivəsində işlər davam etdirilir. Bununla bağlı amerikalı seysmoloqlar – ABŞ-ın Missuri Universitetinin professoru Erik Sandvol, universitetin elmi işçiləri Utku Koçum və Oğuzxan Yalvac Azərbaycanda səfərdədirlər.

Mərkəzin informasiya şöbəsindən  bildiriblər ki, amerikalı mütəxəssislərin iştirakı ilə layihə çərçivəsində nəzərdə tutulmuş proqrama əsasən müvəqqəti quraşdırılmış bir neçə stansiyanın yerləri dəyişdiriləcək. Həmçinin Ucar rayonunda bir, Ağcabədi rayonunda dörd, Füzuli rayonunda isə bir ədəd müvəqqəti seysmik stansiyalar quraşdırılacaq. Bununla yanaşı, amerikalı mütəxəssislərin iştirakı ilə rayonlarda yerləşdirilmiş müvəqqəti stansiyalardan məlumatlar köçürülərək emala yönəldiləcək.

Erik Sandvolun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində mərkəzin əməkdaşları ilə seysmotomoqrafiya işlərinin aparılması, eləcə də toplanmış məlumatların emalı ilə bağlı müzakirələr aparacaqlar. Səfər çərçivəsində seysmik stansiyalara texniki xidmət göstərilməsi də nəzərdə tutulub.

Xatırladaq ki, “Qafqaz kəsilişi” layihəsinin həyata keçirilməsində əsas məqsəd Azərbaycan ərazisində seysmotomoqrafiya işlərinin aparılmasıdır. Layihənin icrasına 2017-ci ildən başlanılıb.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3 381-ə çatıb, 20 426 nəfər yaralanıb – YENİLƏNİB

10:50 Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə yüksəlib. “Aran” Türkiyə KİV-lərinə istinadən bildirir.

Energetika naziri Beyləqanda vətəndaşlarla görüşəcək

Energetika naziri Pərviz Şahbazov fevralın 24-də Beyləqan, Ağcabədi, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən AZƏRTAC-a bildirilib ki,...

Azərbaycan Türkiyəyə tibbi ləvazimat və 34 nəfərlik tibbi heyət olan daha iki təyyarə göndərib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından...

Quş qripinə qarşı monitorinqlərin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Trend xəbər verir ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il...

Ötən il 215 uşaq övladlığa götürülüb, 1337 monitorinq aparılıb

Övladlığagötürmə sahəsində də idarəetmə və xidmətlərin Nazilrik tərəfindən qısa müddətdə elektron platforma üzərində qurulması təmin olunub və övladlığagötürmə prosesi e-sistem üzərindən həyata...

Azərbaycanın xilasediciləri Kahramanmaraşa çatıb

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə yollanmış Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərinə çatıb.

Azərbaycanda dövlət qurumları üçün “wetransfer”ə alternativ resurs yaradılıb

Azərbaycanda mübadilə olunan dövlət məlumatlarının sızmadan qorunması üçün "wetransfer" alternativi yaradılan yeni "share.gov.az" xidməti istifadəyə verilib. "Report" xəbər verir ki,...

Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür etdi

“Hörmətli Mehriban, başsağlığı mesajınıza və dərdimizi bölüşdüyünüz üçün ürəkdən təşəkkür edirəm. Can Azərbaycan çətin günümüzdə yardımımıza ilk gələnlərdən oldu. Dəstəyiniz üçün təşəkkür...

FHN-in tibb xidməti kapitanı: Bu gün Türkiyəyə uçan təyyarədə hərbi hospital və həkim heyəti gedir

"Bildiyiniz kimi, cənab Prezidentin göstərişi və tapşırıqlarına əsasən FHN-in yardımlarından təşkil olunmuş təyyarələr qardaş Türkiyə Respublikasına yardıma gedib. Bu gün uçan təyyarədə...

Şərhlər