Rayonumuzda fəaliyyət göstərən fermer təsərrüfatlarında taxıl biçini uğurla başa çatıb. Həmin əkin sahələrində geniş şumlama tədbirləri həyata keçirilib. Fermerlər heyvandarlıq təsərrüfatını inkişaf etdirmək məqsədi ilə sözügedən sahələrin bir qismində xəsil üçün arpa səpininə başlayıblar. Avqust ayının 20-dən start götürən xəsil əkini mal-qaranın qış dövründə yaşıl yem kütləsi ilə təmin edilməsi üçün nəzərdə tutulub.