Sentyabrın 16-da Ağcabədi Bayraq Muzeyində təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.
Aranqazeti.az xəbər verir ki, müşavirədə Təhsil Nazirliyinin nümayəndəsi , Ümum təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini-yerli təhsil idarəetmə orqanları ilə iş sektorunun müdiri Orxan Abbasov , təhsil institunun əməkdaşı Nəzakət Mehdiyeva , 10 saylı ƏMHM-inin rəhbər işçiləri və Ağcabədi ,Ağdam, Füzuli, Laçın ,Tərtər, Xocavənd rayon təhsil şöbəsinin müdirləri, təhsil işçiləri və məktəb direktorları iştirak ediblər.
Sözügedən rayonların 2020-2021-ci tədris ilinə dair hesabat məruzəsi dinlənildikdən sonra Orxan Abbasov çıxış edərək hesabatlara öz münasibətini bildirib, 2020-2021-ci dərs ili ilə bağlı tövsiyələrini verib.
Sonra Təhsil İnstitunun əməkdaşı Nəzakət Mehdiyeva, Ağcabədi şəhər 8 saylı tam orta məktəbinin müəllimi Əsmər Mehdiyeva, Ağcabədi Pedaqoji kollecinin müəllimi, Vətən müharibəsi iştirakçısı Bəxtiyar Əliyev çıxış ediblər.
Konfrans müzakirələrlə davam etdirilib