Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın ilk iclası keçirildi

16 sentyabr 2021-ci il tarixdə Ağcabədi Rayon İcraHakimiyyəti yanında İctimai Şuranın üzvləri ilk iclaslarınıkeçirdilər. İclasda üzvlər  səsvermə yolu ilə  İctimai Şuraya sədr, sədr müavini və  katib seçiblər. Beləliklə, yeniyaradılan İctimai Şuraya   respublikanın fərqli bölgələrindəmüxtəlif vəzifələrdə,həmçinin uzun müddət  AzərbaycanRespublikasının  Maliyyə Nazirliyinin  Ağcabədi rayonuüzrə  Nəzarətçi –müfəttişi və Regional Maliyyə Müfəttişliyinin rəisi vəzifələrində çalışmış Qarayev Vaqif Baba oğlu sədr;

Ağcabədi rayon Ağsaqqallar Şurasının sədr müavini, uzunmüddət Ağcabədi Rayon İcra Hakimiyyətində çalışmışƏsədov Tariyel  Məmməd oğlu sədr müavini ;

“Dünya” Ana və Uşaqlar İctimai Birliyinin AğcabədiRegional bölməsinin sədri Quliyeva Sevinc Şahverən qızı katib seçilmişdir.

Daha sonra, qarşıda duran məsələlər müzakirəolunmuşdur. Üzvlərə  İctimai şuranın gələcək fəaliyyəti barədə məlumat verilmişdir.

Qeyd edək ki, 21 avqust  2021-ci il tarixdə YAP Ağcabədirayon təşkilatının iclas zalında İctimai Şuranın SeçkiKomissiyası tərəfindən Ağcabədi Rayon İcra Hakimiyyətiyanında İctimai Şuraya seçkilər keçirilmişdir.

Seçkinin yekunlarına əsasən, 22 nəfər namizəddən, birgəyığıncaqda iştirak edən təmsilçilərin ( seçicilərin) yarıdançoxunun səsini toplayan  15 nəfər İctimai Şuranın tərkibiniformalaşdırmışdır.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər