28 C
Aghjabadi

Şəhid ailələri ziyarət edilir

   Böyük Zəfərimizə aparan yol məhz ötən ilin sentyabrında başlandı. Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Başlanan Vətən müharibəsi  30 illik həsrətimizi sona çatdırdı. İgid vətən oğulları bu yolda canlarını, sağlamlıqlarını qurban verdilər.

    Artıq 2021-ci ilin sentyabr ayıdır. Bu ay Vətən müharibəsinin başlanmasının  bir ili tamam olur. Bu münasibətlə Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin ziyarətinə  başlanılıb.

    16 -17 sentyabr 2021-ci il tarixlərdə  rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov  hüquq-mühafizə orqanlarının əməkdaşları və II Qarabağ müharibəsi qazisi Elşad Heydərov ilə birgə  Xocavənd kəndində şəhid Mirağa   Əliyev, Avşar  kəndində Azad Tapdıqov, Qaravəlli kəndində Xəzər Bayramov, Qiyaməddinli kəndində Məhəbbət Quliyev, Hüsülü kəndində Fəryad Xəlilovun  evlərində olub, valideynləri və digər ailə üzvləri ilə görüşüb, onların problem və qayğıları ilə maraqlanıblar.

    İcra başçısı torpaqlarımızın işğaldan azad edilməsində öz canlarından keçən şəhidlərə dövlət səviyyəsində olan diqqətdən söz açıb,  ölkəmizin hər yerində olduğu kimi, Ağcabədidə də şəhid ailələrinin problem və qayğılarının ən ümdə məsələ olduğunu vurğulayıb.

    Övladları haqqında xatirələrini bölüşən şəhid valideynləri göstərilən diqqət-və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

    Şəhid ailələrinə bu dəfəki  ziyarət  Anım Gününədək yekunlaşacaq.

   Qeyd edək ki, 2020-ci il dekabrın 2-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcəkdir.

Xəbər lenti

​​​Xalqımız bütün təhdidlərə sinə gərəcək

  2020-ci ilin sentyabr  ayının 27-də​Ermənistanın təh-riki ilə başlayan və qəhrəman ordumuzun sücaəti nəticəsindəAzərbaycanın qələbəsi ilə başa çatan 2-ci Qarabağ Müharibəsi 30 il işğal altında inləyən torpaqlarımızın azad edilməsi ilə nəticələndi.

Anım günü kitabxanada da qeyd edilib

Sentyabr ayının 26-da Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi tərəfindən “27 Sentyabr - Anım Günü” ilə bağlı tədbir...

Şəhid ailələri ziyarət olunub

      YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və aparatın əməkdaşları sentyabrın 27-də Vətən müharibəsinin ilk günündə qəhrəmancasına həlak olmuş Poladlı...

Taekvondo üzrə rayon turniri keçirilmişdir

25 sentyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Rizvan" Taekvondo Klubunun idman zalında "Anım...

İcra Hakimiyyətində yeni komissiya yaradılıb

Sentyabrın 23-də Ağcabədi Rayon İcra Hakimiyyətində şəhid ailəsi üzvləri, əlillik dərəcələri təyin olunmuş Vətən müharibəsi iştirakçıları və “Müharibə...

Şəhid Gülalı Qəhrəmanovun anım mərasimi keçirilib

​Şəhidlik məqamına ucalan hər kəs əbədi olaraq könüllərdə yaşayır, əbədilik qazanır.  ​Vətənimizin sərhədlərini yenidən quran Vətən baniləri öz adlarını tarixə əbədi...

Gücümüz birliyimizdir!

    Səfər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cari ilin 27 sentyabrda Anım günündə Füzuli rayonuna səfərləri mühüm əhəməiyyət kəsb etdi. Səfəri zamanı çıxışında cənab...

Şəhid Rövşən Allahverdiyevin anım günü qeyd edildi

​Sentyabrın 28-də digər Qaraxanlı kəndində şəhid Rövşən Allahverdiyevin anım mərasimi keçirildi. ​Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanları rəhbərləri, səfərbərlik və hərbi...

Şəhid Mirağa Əliyevin anım günü qeyd olunub

​44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarından biri də Ağcabədi rayon Xocavənd kəndindən Əliyev Mirağa Musa oğludur. Hərbi Dəniz Donanmasında...

Şəhid Sənan Miriyevin anım günü qeyd edildi

Vətən üçün yaşayanlar unudulmur... Şəhidlər unudulmur... Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi...

Şərhlər