16.6 C
Aghjabadi
Bazar ertəsi, Noyabr 29, 2021

Ağcabədi rayonunda “Diqqət uşaqlar!” adı altında tədbir keçirilib

Yeni tədris ilinin başlanması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) əməkdaşları ölkə ərazisində təhlükəsizlik tədbirlər həyata keçirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, məktəblərdə dərsin başlanması ilə əlaqədar baş verə biləcək yol qəzalarının qarşısının alınması və məktəblilərin təhlükəsizliyinin təmin olunması məqsədilə “Diqqət uşaqlar!” adı altında Ağcabədi, Ağdam və Bərdə rayonlarında tədbirlər təşkil olunub.

Yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması, o cümlədən məktəblilərin iştirakı ilə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətdə görülən tədbirlər çərçivəsində DYP bölmələrinin və Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” idarəsinin əməkdaşları ilə birgə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraiti müayinə edilərək bir sıra işlər görülüb. Belə ki, piyada zolaqları yenidən rənglənib, yeni yol nişanları qoyulub və köhnələri yenisi ilə əvəzlənib. Həmçinin tədbirlər zamanı bir neçə təhsil ocağının qarşısında yeni zolaqlar salınıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbər lenti

Xatirə bulaq kompleksinin açılışı

Noyabrın 19-da Ağcabədi rayonunun Minəxorlu kəndində Birinci və İkinci Qarabağ müharibələrində qəhrəmancasına həlak olan 11 nəfər Minəxorlu şəhidlərinin xatirəsini əbədiləşdirən bulaq kompleksinin...

Şəhadətə ucalmasından bir il ötdü

Noyabrın 22-də Ömər Rəhimlinin şəhidliyə qovuşmasının ildönümü mərasimi onun doğulub boya-başa çatdığı Hindarx qəsəbəsində qeyd edilmişdir. Mərasimdə rayon icra...

Ödənişsiz müayinə aksiyası

Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə “Green zone” sağlamlıq və estetika mərkəzinin...

Həsən Quliyevin xatirəsi anıldı

Noyabrın 21-də Ermənistan işğalçıları ilə gedən qızğın döyüşlərdə qəhrəmancasına həlak olan şəhid Həsən Quliyevin ildönümü onun doğulduğu və dəfn olunduğu doğma Sarvanlar...

ELAN – Ağcabədi rayonunda məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi vəzifəsinə işə qəbul üzrə MÜSABİQƏYƏ start verilir

15 noyabr 2021-ci il tarixdən tərbiyəçilərin işə qəbulu üzrə müsabiqə üçün elektron qeydiyyat prosesinə başlanılır. Elektron qeydiyyat prosesi 15 noyabr – 01...

Laçın rayonu əhəmiyyətli geostrateji mövqeyə malikdir

Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun...

Nə yazdığınızı bilirsiniz?

                                                Yenə də məsələnin əslindən xəbəri olmayan jurnalistlərin hay-küyü, yenə də özlərini  müdafiəçi kimi göstərərək reytinq toplamaq istəyi...

Bənövşəyi eşqim

  Qəmər  Ayatam Qəmər Ayatam yazıçılıq iddiasında olmayan, sadəcə düşüncələrini, yaşadıqlarını qələmə almaqdan rahatlıq tapan bir xanımdır. O qədər...

Ağcabədidə tütün məmulatı oğurlayan şəxs saxlanılıb

Ağcabədi rayonunda mağazaların birindən 1500 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən...

Silsilə tədbirlər

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilib. YAP üzvü olmuş...

Şərhlər