Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mövcud karantin qaydalarını pozaraq tibbi maskadan istifadə etməyən şəxslərə cərimə tətbiq olunub.
Sentyabrın 16-sı Hacıbədəlli kənd sakini Yaşar Vəliyev 400, rayon sakinləri Elvin Vəliyev, Emin Vəliyev hər biri 200, Rəşad Qədirov, İlqar Həsənov, İlham Əmiraslanov, Sarvan Əliyev isə 100 manat məbləğində cərimələniblər.