Minəxorluda şəhid ailəsi üçün fərdi yaşayış evi inşa edilir

“Azərbaycan-Udmurtiya Dostluq İctimai Mərkəzi” Regional İctimai Təşkilatının təşəbbüsü ilə  Ağcabədi rayonunda mənzilə ehtiyacı olan bir nəfər Vətən müharibəsi şəhidinin ailəsi üçün fərdi yaşayış evinin tikintisinə başlanılıb.

Qeyd edək ki, bununla bağlı 16 sentyabr 2021-ci il tarixdə  adıçıkilən təşkilatın sədri Zülfüqar Mirzəyev, ağsaqqallar şurasının üzvü İlqar Cəbrayılov və rayon icra hakimiyyətində yaradılmış mənzil komissiyasının üzvlərinin iştirakı ilə Ağcabədi şəhərində ,həmçinin rayonun  Nəcəfqulubəyli,Minəxorlu, Hacıbədəlli kəndlərində 10-a yaxın şəhid ailəsinə baş çəkilib və onların mənzil şəraitinə baxış keçirilib.

Baxış zamanı şəhid Tariyel Atayevin həyat yoldaşı, mənzilə ehtiyacı olan  Minəxorlu kənd sakini İlhamə Atayevanın  0,07 hektar həyətyanı torpaq sahəsində “Azərbaycan-Udmurtiya Dostluq İctimai Mərkəzi” Regional İctimai Təşkilatının  vəsaiti hesabına fərdi yaşayış evinin tikintisi məqsədəuyğun sayılıb.

Hazırda Minəxorlu kəndində İlhamə Atayevaya məxsus həyətyanı torpaq sahəsində mişar daşından kürsülü, 3 otaqdan ibarət müasir tipli məzilin tikintisinə başlanılıb.   

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər