Kəhrizli kəndində, maarifçi, xeyriyyəçi xanım Həmidə xanım Məmmədquluzadənin ev muzeyində AMEA-nın vitse prezidenti ,professor İsa Həbibbəyli ilə görüş keçirilib.
Görüşdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov və idarənin əməkdaşları iştirak ediblər.
Çıxış edənlər Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolundan, dövrünün ziyalılarının yetişdirilməsində əvəzsiz xidmətlərindən geniş söhbət açıblar.
Həmidə Məmmədquluzadənin xeyriyyəçi fəaliyyətindən də danışan görüş iştirakçıları qeyd ediblər ki, tək Kəhrizli kəndindən deyil, bütün Qarabağdan kömək üçün pənah gətirən insanların əlindən tutan, qayğılarını həll edən bu xanım həm də o dövrün yardıma ehtiyacı olan ziyalılarının problemlərini həll etmişdir.
Sonda qonaqlar xatirə kitabına öz ürək sözlərini yazmışlar.