17 sentyabr 2021-ci il tarixdə Ağcabədi rayon Tarix-Diyarşünaslıq muzeyində “Azərbaycanda İcma-əsaslı məktəbəqədər təhsil xidmətlərinin maliyyəşdirilməsi” mövzusunda seminar keçirilmişdir. Rayonda fəaliyyət göstərən bir çox təşkilat və idarələrin nümayəndələrinin qatıldığı seminarı Ağcabədi Rayon İcra Hakimiyyəti Aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva giriş sözü ilə açaraq mövzu ilə bağlı fikirlərini bildirmişdir. UNİCEF-in Təhsil Proqramının rəhbəri Leyla Həsənova, “Azərbaycanda İcma-əsaslı məktəbəqədər təhsil xidmətlərinin rolu”, Regional İnkişaf üzrə maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Rövşən Novruzov “Ağcabədi rayonu İcma-əsaslı məktəbəqədər təhsil qrupları” mövzularında geniş çıxış etmişlər. Sonra çıxışları əhatə edən müzakirələr, şərhlər dinlənilmişdir. Seminar zamanı ortaya çıxan suallara cavablar verilmişdir.
Adil MİSİRLİ