15 sentyabr “Bilik Günü” münasibətilə Ağcabədi şəhər 5 saylı körpələr evi-uşaq bağçasında tədbir keçirilib. Tədbirdə cari tədris ili üçün hazırlıq qrupuna yola salınan, eləcə də, yeni gələn uşaqlar iştirak ediblər.
Dövlət Himnimizin səslənməsindən sonra tədbir balacaların hazırladıqları müxtəlif oyunlar və rəqslərlə davam edib.
Bağçada yenilənmiş divar rəsmləri körpə fidanların marağına səbəb olub. Sonra uşaqlar müxtəlif şeirlər söyləyiblər.
* * *
“Bilik Günü” münasibəti ilə Ağcabədi şəhər 8 saylı körpələr evi-uşaq bağçasında da tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra uşaqlar otaqları ilə tanış olublar.Tərbiyəçilər körpələrə dövlət rəmzlərimiz haqqında məlumat veriblər. Sonra müxtəlif oyunlar və “Bağçada ilk gün” adlı məşğələ ilə tədbir davam etdirilib.
Hazırlıq qruplarına gedəcək olan və bağçaya yeni qəbul edilmiş uşaqlar arasında tədbir sevinclə qarşılanıb.
Rəmziyyə HƏSƏNOVA