3.7 C
Aghjabadi
Bazar, Yanvar 23, 2022

Həmidə Məmmədquluzadənin ev-muzeyində akademik İsa Həbibbəyli ilə görüş keçirilib

AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Ağcabədi rayonunun Kəhrizli kəndində görkəmli Azərbaycan yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluzadənin sadiq silahdaşı və tale ortağı Həmidə Məmmədquluzadənin ev-muzeyində olub, muzeyin kollektivi və kənd sakinləri ilə görüşüb.

Bu barədə  AMEA-dan bildirilib. Qeyd edilib ki, tanınmış Azərbaycan ziyalısı Həmidə Məmmədquluzadənin ev-muzeyi onun mənsub olduğu ocağa – Cavanşirlər nəslinə məxsus tarixi binada yerləşir. Bu bina Həmidə xanımın vəfatından sonra əvvəlcə orta məktəb, sonra musiqi məktəbi kimi fəaliyyət göstərib, 2005-ci ildən Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialı statusunda Həmidə Məmmədquluzadənin ev-muzeyinə çevrilib. Direktor Zeynəb Quliyevanın bu mədəniyyət ocağının tarixi, inkişaf yolu və müasir imkanları haqqında verdiyi məlumatlar ev-muzeyinin fondu və ekspozisiyasına dair dolğun təsəvvür yaradıb.

Muzeydə Həmidə xanımın atası, dövrünün tanınmış tarixi şəxslərindən olan Əhməd bəy Cavanşirin (1828-1903) tərcümeyi-hal sənədləri, nadir fotoları nümayiş etdirilir, əlyazmaları qorunub saxlanılır.

Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığına, ailə üzvlərinə dair kitablar, fotolar, məktublar, xatirə əşyaları muzeyin əsas eksponatları sırasında xüsusi yer tutur.

Muzeydə Həmidə xanım Məmmədquluzadə ilə əlaqəli çoxsaylı şəkillər, məktublar, xatirə əşyaları və nadir əl işləri nümayiş etdirilir. Burada, həmçinin Kəhrizli kəndinin tarixinə və yetirmələrinə dair materiallar var. Həmidə xanıma aid bir çox xatirə əşyaları, xüsusən zövqlə toxunmuş əl işləri Kəhrizli muzeyinin nadir eksponatlarındandır.

Akademik İsa Həbibbəyli muzeyin əməkdaşları, rayonun mədəniyyət işçiləri və kənd camaatı qarşısında Cəlil Məmmədquluzadə və Həmidə xanım Məmmədquluzadə münasibətləri, onların övladları, nəslin davamının sonrakı taleyi ilə əlaqədar məruzə ilə çıxış edib, suallara cavab verib. Sonra Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənovla birlikdə muzeydəki xatirə otaqları və eksponatlarla tanış olub, bəzi tövsiyələrini və arzularını bildirib, muzeyin rəy kitabına aldığı təəssüratlar əsasında özünün müsbət fikirlərini yazıb.

Qalib Həsənov ev-muzeyinin rolu, əhəmiyyəti və perspektiv imkanları haqqında danışıb və görüləcək işləri nəzərə çatdırıb.

İsa Həbibbəyli son illərdə Cəlil Məmmədquluzadə və müasirləri haqqında çap olunmuş kitabları ev-muzeyinə hədiyyə edib.

Sonra akademik İsa Həbibbəyli Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov və Kəhrizli kənd bələdiyyəsinin sədri Rayis Məhərrəmov ilə birlikdə Kəhrizli qəbiristanlığına gedərək, orada Əhməd bəy Cavanşirin və Cəlil Məmmədquluzadənin qardaşı, Səttarxan və Xiyabani hərəkatının fəal iştirakçısı Ələkbər Məmmədquluzadənin (1872-1922) və digər şəxslərin məzarlarını ziyarət ediblər. Tanınmış şəxsiyyətlərin məzarlarının olduğu Kəhrizli qəbiristanlığının daha da abadlaşdırılması ətrafında söhbətlər aparılıb.

Xəbər lenti

Ağcabədidə keçirilən şahmat turnirində 65 idmançı mübarizə aparıb

Ağcabədi Uşaq Gənclər İdman Şahmat məktəbində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat turniri başa çatıb. Ağcabədi Rayon Gənclər...

Azərbaycanda pambıq sahəsi üzrə – İLK AQRAR SIĞORTA ÖDƏNİŞİ AĞCABƏDİDƏ EDİLİB

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi üzrə pambıq sahələri üzrə ilk aqrar sığorta ödənişi edilib. Aqrar...

Ağcabədinin Sarıcalı kəndində inşa edilən yeni məktəb binası istifadəyə verilib

Yanvarın 21-də Ağcabədi rayon Sarıcalı kənd tam orta məktəbi üçün inşa edilən 360 şagird yerlik bina istifadəyə verilib. Binanın tikintisi Prezident İlham Əliyevin...

20 Yanvar

Təqvimdə qara rəngdədir uşaqlığımın qan yaddaşı 20 Yanvar. Bu tarix azadlıq uğrunda küçələrə axışıb imperiya ordusuna qarşı etiraz səslərini ucaldan mücahidlərin adını...

Tarix, millət qarşısında xidməti olan hər kəs xalqın qəlbində yaşayır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin 18 yanvar 2022-ci il tarixdə açılışında iştirak edib. Dövlət...

Ağcabədi və ağcabədililər haqqında dəyərli nəşr

Kitabda sovet hakimiyyətinin ilk illərində Ağcabədidə yeni yaranmış siyasi quruluşa qarşı baş vermiş yerli üsyanlardan və sovetlər tərəfindən dinc əhaliyə edilmiş zülm...

Azərbaycan xalqının qəhrəmanlıq ruhu

Sizə təqdim etdiyim bu yazı M.F. Axundov adına Ağcabədi şəhər 3 saylı məktəb-liseyin şagirdləri, nəvələrim Leyla Əliyeva və Əli Tunar Əliyevin arzularını...

İctimai Şura fəaliyyətini genişləndirir

         Son illər respublikamızda ictimai rəyin nəzərə alınması, dövlət idarəçiliyində və quruculuq işlərində onun rolundan səmərəli istifadə edilməsi istiqamətində önəmli addımlar atılır....

Ağcabədi Pedaqoji Kollecində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

20 Yanvar hadisəsi təkcə faciə deyil, eyni zamanda xalqımızın azadlıq istəyi,  öz müstəqilliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.  Ağcabədi Pedaqoji Kollecində Qanlı Yanvar...

Eldəniz Qənbərov: “Gecə saat 12:00-dan başlayaraq şəhərə böyük texnika yeridildi. Göyün üzü işıq saçan güllələrlə dolu idi”

Xalqımızın qan yaddaşı olan 20 yanvar faciəsinin növbəti ildönümüdür. Əlbəttə, o dövrün hadisələri haqqında çox məlumatlar var, çox şahidlər danışıb. Amma hər...

Şərhlər