Konfet

Əslində bu yazını ötən ilin sentyabrında, “525-ci qəzet” üçün hazırlamışdım.  Yəni artıq qızım ikinci sinifdə oxuyacaq və bu yazıdakı bəzi məqamlar daha mənim üçün keçmişdir. Amma mövzu heç köhnəlməyib. Yenə də valideynlər eyni suallar qarşısında qalıblar. Nə alsaq düzgün olar? Yəqin  ki, fikrimi tam izah edə bilmədim. Ona görə də, mətləbi uzatmadan keçək həmin yazıya.

Bu günlərdə şair Sevinc Elsevərin bir Feysbuk statusunu oxudum:

“Gül buketi, yoxsa konfet buketi? Övladları birinci sinfə gedəcək valideynlərin çaşıb qaldığı dilemma! İndidən başlayıblar dərd eləməyə”.

Mənim də qızım cari tədris ilində birinci sinfə gedəcək və bu status biz valideynlərin düşdüyü duruma görə dodağımı qaçırdısa, bir az da narahat oldum. Axı hara qaçsam, sonda həmin valideynlərdən biriyəm. İndi mən də iş-gücümü atıb konfetdən “gül düzəltdirmək” ardıyca qaçmalıyammı? – deyə özümə sual verdim. Həm də bu məcburi ideyaların müəllifinin kimliyini düşünməli oldum. Niyə bütün birincilər mütləq ilk dərs günündə müəllimə hədiyyə aparmalıdır və bu hədiyyələrin standartlığını kim müəyyən edib? Yadımdadır, biz istər dərs ilinin əvvəlində, istərsə də sonralar məktəbə gedəndə həyətimizdən, özümüzdə olmayanda qonşudan güllər, çiçəklər yığardıq və onu müəllimə verərkən özümüzü xoşbəxt hiss edərdik. Məhz bizim apardığımız güllərin müəllim masasının üstündə, güldanda olmasına sevinərdik. Sonralar süni güllər çıxdı meydana. Valideynlər daha böyük gül buketi almaq üçün rəqabətə girdilər. Əvvəl-əvvəl bu mənasız gülləri neyləyəcəyini bilməyən müəllimlər sonra onları mağazalarda satışa verdilər və bəzən bir gül buketi iki-üç dəfə eyni evə gedib-qayıtdı. Nəhayət, çoxsaylı etirazlardan sonra süni güllərin hədiyyə edilməsinə son qoyuldu. Müəllimlərdən hansısa canını bu lazımsız güllərdən qurtarmaq üçün: -“Bircə dənə təbii çiçək on süni gül  buketindən yaxşıdır” – demişdi ki, dediyinə peşman oldu. Sanki ağzı fal imiş müəllimin.

İndi də onların üstünə təbii çiçək yağışı başladı. Bu dəfə valideynlər bir-birindən fərqli təbii gül buketləri hazırlatmaqla “öndə getməyə” çalışdılar. Məktəb açılmasına bir gün qalmış gül mağazalarında başbaşı yardı. Maddi imkanı olan da, gücü çatmayan da məktəbə daha böyük buket aparmaq istədi. Nəticə heç də ürəkaçan olmadı. Hədiyyə veriləndən bir gün sonra zibil qutularında güllərdən təpə yarandı. Müəllimlər öz aralarında bu hədiyyəyə də etiraz etdilər. Onlardan hansısa sözgəlişi dedi ki, “bu qədər gülə xərc çəkməkdənsə, elə bircə kilo konfet alsalar, daha yaxşıdır”. Sən demə, bu gözünədöndüyümün də ağzı fal imiş. Dərhal fürsətcillər hərəkətə keçdilər. Gül ilə konfeti birləşdirdilər. İndi də, Sevinc xanımın xatırlatdığı kimi, konfet buketi üstündə yarışma başlayıb. Və bəzi müəllimlər artıq getdikcə nəinki gülü, eləcə də qələmi, dəftəri, şagirdin dədəsini, nənəsini də konfet kimi görməyə başladılar. Ötən illərdə bir valideynin söhbəti məni çox sarsıtmışdı:

“Oğlum axşamdan həyətimizdən nərgiz çiçəkləri yığmışdı. Suya qoyub dedi ki, qoxusu çox gözəldir, sabah müəllimimə aparacam. Səhər oğlumu məktəbə yola salanda hər ikimiz çiçəkləri unutduq. Beş dəqiqə sonra o,  tövşüyə-tövşüyə, tər içində geri qayıtdı. “Ana, nərgizlər yadımdan çıxıb evdə qalıb” – dedi. Oğlumun bu həvəsinə, istəyinə, müəllimə bağlılığına görə çox duyğulandım, nərgizlərin suda qalmış hissəsini qurulayıb ona verdim. O, qanadı varmış kimi uçaraq getdi. Dərsdən qayıdanda isə dilxor olduğunu gördum. Çox qorxdum, nə olduğunu soruşdum. Əvvəl heç nə deməsə də, təkid etdikdən sonra doluxsunub dedi:

– Ana, müəllim çiçəklərə görə çox əsəbiləşdi, alıb yerə tulladı. Hərəsi bir tərəfə düşdü. “Bu nədir, neynirəm bunları?” – dedi. Uşaqların içində çox pərt oldum.

Həmsöhbətimin həmin vaxt nə hiss etmiş olduğunu bilmirəm, amma mən bu əhvalatı eşidəndə həqiqətən uçunmağa başladım. Bir uşağın sevgisi, sabaha inamı, müəllimə olan ehtiramı da həmin çiçəklər kimi ayaq altına tökülməmişdimi? Sabah həmin şagird böyüyəndə bizim ondan sevgi ummağa, müəllimə dəyər verməsini tələb etməyə haqqımız olacaqmı?

Müəllim haqqında kifayət qədər xoş sözlər yazmaq, müdriklərdən dəyərli kəlamlar misal gətirmək olar. Müəllim valideyn qədər, hətta bəzən valideyndən də çox həyatımızda rolu olan varlıqdır. Müəllim zəhməti, müəllim haqqı ömür boyunca hər birimizin boynundadır və hər kəs ən böyük uğuruna görə də hələ ilk dəfə əlindən tutub hərf yazmağı, oxumağı öyrədən müəllimlərinə borcludur. Lakin bəzən biz valideynlər özümüz müəllimləri əlimizə baxmağa məcbur edirik. Bir-birimizlə yarışa girib müəllimin gözündə birinci olmaq istəyirik. Nəticədə şagirdlər arasında ayrı-seçkilik yaranır, müəllimin dayandığı zirvə kiçik təpəciklərə çevrilir, çay içdiyini belə təsəvvür etmədiyimiz, müqəddəs bildiyimiz varlıqlar gül buketinin içində konfet axtarır. Etməyin, eləməyin, valideynlər! Müəllimə nə isə hədiyyə etmək hər bir şagirdin ürəyindən keçə bilər. Biz də məktəbli olarkən müəyyən bayramlarda  müəllimi təbrik etmək üçün həvəslənirdik. Müəllim həm də bir insandır. Sevinməyə, gülməyə, bayramlaşmağa, hədiyyə verib-hədiyyə almağa bəlkə də hamıdan çox haqqı olan insan. Amma bu, konkret günlərə, öncədən müəyyənləşdirilmiş hədiyyələrə bölünürsə, tələb olunursa, valideyni hədiyyə ala bilməyən şagird ayrı-seçkiliklə üzləşirsə, təklənirsə, gələcək də məhz o cür qurulacaq. Böyük rus ədibi Nikolay Qoqolun fikridir: “Şəxsiyyəti valideyn, ruhu isə müəllim tərbiyə edir”. Əziz valideynlər və əziz müəllimlər, gəlin gələcəyimizi məhv etməyək. Övladlarımızın şəxsiyyətini və ruhunu düzgün tərbiyə edək ki, böyüyəndə onlar da vətənini, xalqını bir konfetə dəyişməsinlər!

Məhsəti MUSA

“YouTube”da “Birgə Canlı Yayım” funksiyası olacaq

"TeamYouTube" "Twitter" hesabından paylaşılan tvitə görə, "YouTube" smartfonlarda "Birgə Canlı Yayım" funksiyasını gətirir. Bu xüsusiyyət, adından da göründüyü kimi,...

“SOCAR Türkiyə” zəlzələ bölgəsindəki xilasetmə avtomobillərini pulsuz benzinlə təmin edir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” şirkəti Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş və Şanlıurfadakı Hazar yanacaqdoldurma məntəqələrindən bütün təcili...

Laçın-Xankəndi yolu: Aksiya gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü ekofəalların, könüllü...

FHN-in növbəti yardımları və xilasetmə qrupu Türkiyəyə yola salınacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar...

AZAL Türkiyədəki zəlzələ ilə əlaqədar biletlərin cəriməsiz qaytarılmasına başlayıb

Zəlzələ nəticəsində aviaşirkətin xidmətlərindən yararlana bilməyən AZAL-ın Türkiyəyə və geri gələn sərnişinlərinə aviabiletlərin dəyərinin cərimə tətbiq edilmədən tam qaytarılmasına və ya ödənişsiz...

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb – YENİLƏNİB

22:40 Türkiyədə zəlzələdə ölənlərin sayı 5 434-ə çatıb, 31 777 nəfər yaralanıb. “Aran” xəbər verir ki,...

Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşı həlak olub

Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşı - 1980-ci il təvəllüdlü Nailə Bünyatovanın həlak olduğu dəqiqləşib. Bu barədə məlumatı Azərbaycan Xarici...

Azərbaycanın xilasediciləri dağıntılar altından 11 nəfəri sağ çıxarıb

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində bu gün 11...

Konfrans Liqası: “Qarabağ”ın səfər oyununun biletləri satışa çıxarılıb

"Gent" Belçikada "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün biletləri satışa çıxarıb. "Aran" klubun rəsmi saytına...

Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti...

Şərhlər