Şirnalı Talıbovun doğum günü qeyd olunub

16 sentyabr 2021-ci il tarixdə rayonun Nəcəfqulubəyli kəndində II Qarabağ müharibəsində şəhid olan Talıbov Şirnalı Aqil oğlunun doğum günü münasibətilə mərasim keçirilib. Rayon icra hakimiyyəti Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi rayon bölməsinin əməkdaşları, yerli icra, bələdiyyə nümayəndələri, kənd sakinləri, şəhidin doğmaları, yaxınları və media mənsubları iştirak etmişlər.

Doğum günü mərasimində çıxış edənlər şəhid Şirnalı Talıbovun qısa, lakin mənalı həyatından, keçdiyi şərəfli döyüş yolundan danışmış, onunla bağlı fikir və xatirələrini bölüşmüş, ruhuna dualar oxumuşlar. Sonda şəhidin ailəsinə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Ağcabədi rayon bölməsi tərəfindən məişət avadanlığı təqdim olunub.

Onu da qeyd edək ki, Şirnalı Talıbov 29 sentyabr 2020-ci il tarixdə könüllü olaraq Vətən müharibəsinə yollanıb. Füzuli, Cəbrayıl uğrundakı döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərib. 22 oktyabr 2020-ci il tarixdə Qubadlıda gedən döyüşlərdə qəhrəmancasına həlak olan Şirnalı Talıbov ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunub.

Hüseyn QULUZADƏ

Şərhlər