3.1 C
Aghjabadi

Xalqımızın parlaq tarixi qələbəsi

            Milli Ordumuzun 2020-ci ilin sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinə qarşı müharibədə əldə etdiyi qələbə Azərbaycan hərb tarixinə qızıl hərflərlə həkk olunub. Bu möhtəşəm tarixi qələbə xalqımızın qürur və ixtixar mənbəyinə çevrilib.

            Vətən müharibəsində əldə olunmuş bu misilsiz qələbə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu güclü dövlət, güclü ordu siyasəti, milli birlik, əsgər və zabitlərimizin döyüş əzmi, qəhrəmanlığı sayəsində mümkün olub. Qazanılmış hərbi nailiyyət eyni zamanda xalqla dövlətin möhkəm birliyinin parlaq təcəssüm etdirib.

            44 günlük müharibədə Azərbaycan dünya hərb tarixində yenilik kimi qəbul edilən döyüş strategiyası və taktikası, ən müasir silahlardan bacarıqla istifadə etmək qabiliyyəti nümayiş etdirib. Həmin mühüm üstünlüklər nəticəsində silahlı qüvvələrimiz döyüşlərdə sürətlə irəliləməyə nail olub, erməni faşistləri tərəfindən işğal olunmuş Qarabağ torpaqları azad olunub, mənfur düşmənin bütün hərbi texnikası darmadağın edilib, canlı qüvvəsi böyük tələfata məruz qoyulub. Beləliklə, müxtəlif beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini müzəffər Milli Ordumuz Prezident ilham Əliyevin komandanlığı altında qısa müddət ərzində gerçəkləşdirib.

            Aparılmış cəsarətli əks-əməliyyatlar nəticəsində ordusu iflic vəziyyətə düşən Ermənistan müharibəni rüsvayçılıqla uduzub. Bu səbəbdən Ermənistan ordusunun “məğlubedilməzliyi” mifi birdəfəlik alt-üst edilib. Qəhrəman silahlı qüvvələrimiz düşmənin 30 ildə qurduğu istehkamları tarmar edib, böyük bir zəfərə imza atıb.

            Bəli, böyük, parlaq qələbəmizlə müqəddəs yurd yerlərimizin xilasına yol açılıb, torpaqlarımız yadellilərdən təmizlənib. Qısa bir zaman kəsiyində müzəffər Ordumuz tərəfindən Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd, Hadrut, Qarabağın ürəyi sayılan Şuşa şəhəri düşmən tapdağından xilas olunub. Ermənilərin ağ bayraq qaldırmaq, kapitulasiya aktına imza atmaqdan başqa çarəsi qalmayıb. Sonrakı günlərdə Laçın, Kəlbəcər və Ağdam da öz azadlığına qovuşub. Tamamilə dağılmış həmin ərazilərdə erməni vandalizminin, barbarlığının əsil mahiyyəti üzə çıxıb. 44 günlük Vətən müharibəsi dövründə bütün dünya Azərbaycan xalqının əzminə, Milli Ordumuzun döyüş qabiliyyətinə şahidlik edib. Vətənpərvər xalqımız öz Prezidentinin ətrafında sıx birliyini bir daha nümayiş etdirib, əsgər və zabitlərimiz öz sözlərinin sahibi olduqlarını təsdiq ediblər. Həmin ağır günlərdə qardaş Türkiyə Respublikası və Pakistan daim xalqımızın yanında olub, böyük dəstək, həmrəylik sərgiləyib.

            Əlbəttə, ilk növbədə bu möhtəşəm qələbəyə görə canlarından, qanlarından keçmiş şəhidlərimizə çox borcluyuq. Onların müqəddəs ruhları qarşısında baş əyirik. Vətən, xalq yolunda sağlamlıqlarını itirmiş qazilərimizə minnətdarlığımızı bildirir, cansağlığı arzulayırıq.

            Diqqətəlayiq haldır ki, İkinci Qarabağ savaşında qələbənin təmin edilməsində respublikamızın hər yerində olduğu kimi rayonumuzun igid oğullarının da xüsusi payı var. Bu gün onların hər biri ilə fəxr edir, qürur duyuruq.            

  Yəhya PAŞAZADƏ

Xəbər lenti

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları...

“12 Dekabr-Ümummilli Lider Heydər Əliyevin Anım günü”ilə əlaqədar məktəblərdə mühazirələr davam etdirilir

Bu gün Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva tərəfindən M.Aranlı adına 11 saylı tam orta məktəbin Gənc Heydərçilərinə Ulu Öndər Heydər...

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “12 Dekabr-Anım Günü” ilə əlaqədar “Heydər Əliyev və Gənclər siyasəti” adlı tədbir keçirildi

Tədbir 07 dekabr 2022-ci il tarixində Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta...

Ağcabədi sakininin çantasından oğurluq edilib

Yasamal rayonu ərazisindəki mağazaların birində Ağcabədi rayon sakini olan bir qadının çantasından içərisində pulu olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

Şərhlər