5.4 C
Aghjabadi
Bazar ertəsi, Dekabr 6, 2021

Ağcabədidə 300-dək şagirdə məktəbli forması və dərs ləvazimatları təqdim edilib

   Yeni tədris ilinin başlanması münasibətilə Ağcabədi rayon İcra Hakimiyyəti tərəfindən şəhid və qazi övladları,eləcə də hər iki valideynini,yaxud valideynlərindən birini itirmiş 40 nəfər şagirdə məktəbli forması və dərs ləvazimatı hədiyyə olunub.

     21 sentyabr 2021-ci il tarixdə Ağcabədi  Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov həmin məktəblilərlə  görüş keçirib. Rayon rəhbəri şagirdləri salamlayaraq onlara yeni tədris ilndə uğurlar arzulayıb. Artıq 2 ildir ki, COVİD-19 panedmiyasının məktəblərdə dərslərin keçirilməsində də yaratdığı problemlərdən danışan icra başçısı hazırda dövlətimiz tərəfindən bu istiqamətdə böyük işlərin görülməsini, vaksinasiyanın əhəmiyyətini diqqətə çatdırdı.

     Təhsil sahəsindəki uğurlardan söz açılarkən qeyd olundu ki,bu gün övladlarımızın sağlam,savadlı böyüməsi üçün hər çür şərait yaradılır. Geniş,işıqlı, müasir standartlara cavab verən yeni məktəb binaları tikilir və ya əsaslı əsaslı təmir olunur,onların maddi-texniki bazası daha da möhkəmləndirilir. II Qarabağ müharibəsi zamanı torpaqlarımızın işğaldan azad edliməsində vətən övladlarının öz canlarından,               qanlarından keçməsini diqqətə çatdıran R.Hüseynov bildirdi ki, gələcəkdə  torpaqlarımız məhz bugünkü uşaqların zəkası, elmi, biliyi hesabına qorunacaqdır.Odur ki, şagirdlər dərslərini yaxşı oxumalı,savadlı olmalıdırlar.

    Görüşdə iştirak edən valideynlər göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

   Qeyd edək ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsünə  rayon hüquq-mühafizə orqanları, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri,bələdiyyələr,məktəbəqədər təhsil müəssisələri,Gənclər üçün Təhsil Mərkəzi, eləcə də digər idarə, təşkilat və müəssisələr də dəstək verib. Ümumilikdə  sosial qayğıya ehiyacı olan aztəminatlı ailələrdən  300-dək şagirdə məktəbli forması və dərs ləvazimatları təqdim edilib.

Xəbər lenti

BƏNÖVŞƏYİ EŞQİM (İkinci hissə)

Artıq digər saytlarda da şeirlərim oxuculara təqdim olunurdu.Hər dəfə çəkinə-çəkinə göndərdiyim şeirlər işıq üzü  gördükcə bir az ürəklənirdim. Çünki,oxucuların fikirləri də əvvəlkilərdən fərqlənirdi....

“Əbədiyaşar” adlı müsabiqə

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 12 Dekabr – ulu öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar ümumtəhsil məktəblərdə fəaliyyət göstərən “Gənc Heydərçilər”...

Atletika üzrə rayon turniri keçirilib

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində “1 Dekabr–QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü”nə...

Müasir Azərbaycanın memarı və qurucusu

Dekabrın 3-də Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi, Ağdam Rayon Heydər Əliyev Mərkəzi və Ağdam rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə,...

Vaksinasiya tədbirləri

Rayonumuzda koronavirusa qarşı mübarizə vasitəsi olan vaksinasiya kompaniyası müntəzəm olaraq davam etdirilir. Pandemiya əleyhinə görülmüş tədbirlər nəticəsində rayon sakinlərinin böyük əksəriyyəti peyvənd...

Rayonda pambıq yığımı davam edir

            Qəzetimizin əvvəlki saylarında da məlumat verdiyimiz kimi Ağcabədidə cari ildə yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki  qaydalara ardıcıl...

Ağcabədi və ətraf rayonlarda aqrar sahədə məlumatlandırma sessiyaları keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsi və əkin subsidiyaların alınması üçün müraciətlərin formalaşdırılması məqsədi...

Təlim kursu keçirilib

Qarabağ gənclərinin karyera və məşğulluğu üzrə növbəti təlim kursu Ağcabədidə keçirildi. “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT)...

Ağcabədidə sağlamlıq imkanları məhdud uşaqlar üçün əyləncəli tədbir təşkil olunub

3 Dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar Ağcabədi rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün musiqili-əyləncəli tədbir keçirilib.“Gələcəyə Qayğı” Regionların sosial-iqtisadi inkişafına...

“Əlilliyi olan şəxslərə qayğı və imkanların genişləndirilməsi” Forumu uğurla yekunlaşıb.

   BMT Baş Məclisi tərəfindən qəbul edilən 3 dekabr"Əlilliyi olan insanların Beynəlxalq günü"nün məqsədi əlilliyi olan bütün insanların hüquqlarını qorumaq,cəmiyyəti onların problemlərinin həllinə cəlb etməkdir.

Şərhlər