23.3 C
Aghjabadi
Çərşənbə axşamı, May 24, 2022

Rayonumuzda şəhid ailələrinin ziyarət olunması diqqət mərkəzində saxlanılır

            2020-ci ilin sentyabrı bütün Azərbaycan xalqı üçün ən əlamətdar ay hesab olunur. Çünki həmin tarix 30 ilə yaxın bir müddətdə düşmən əsarəti altında olan Azərbaycanın əzəli və qədim torpağı olan Qarabağın azad edilməsi uğrunda müqəddəs müharibənin başlandığı zamandır. Qarabağımızın taleyi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz tərəfindən 44 gün ərzində həll olunub. Bu qələbə  şəhidlərimizin, qazilərimizin canı və qanı bahasına  əldə edilib. Bu tarixi zəfəri xalqımıza bəxş etdikləri üçün şəhidlərimizə və  qazilərimizə borcluyuq.

            Vətən müharibəsinin başlanmasının ildönümü münasibətilə qazanılan qələbədə payı olan  Ağcabədili şəhid ailələrinin  ziyarət olunması  davam edir.

            21 sentyabr 2021-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri  və media mənsublarının iştirakı ilə Taynaq kəndində şəhid Fərid İskəndərov, Poladlı kəndində Əmrah Mamedov, Sarıcalı kəndində Ceyhun Mustafazadə, Şahmallar kəndində Vüsal Şükürov və Kəhrizli kəndində Tariyel Salmanovun evlərində olub,  valideynlər və digər ailə üzvləri ilə görüşüb, onların problem və qayğıları ilə maraqlanıblar.

            Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı R.Hüseynov  Vətən uğrunda canını fəda edən şəhidlər və qazilərimizlə bağlı problemlərin həllinin ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlamasından söz açmışdır. Rayon rəhbəri Ağcabədidə də şəhid və qazilərlə bağlı problemlərə həssaslıqla yanaşıldığını, həlli istiqamətində lazımi addımlar atıldığını  vurğulayıb.

            Şəhid valideynləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin təşəkkürlərini və  minnətdarlıqlarını bildiriblər.

                                                                                                     

     Hüseyn QULUZADƏ

Xəbər lenti

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Bu gün onların peşə bayramıdır

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.  Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu...

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

Şərhlər