Yeni dərs ilinə başlanıldı


Respublikanın hər yerində olduğu kimi  rayonumuzda da ümumi təhsil məktəblərində 22 sentyabr 2021-ci il tarixindən I-IV siniflər üzrə ənənəvi şəkildə tədrisə başlanılıb. Dərslərin açılması müəllim kollektivinin xüsusi ilə I sinifə başlayan şagirdlərin sevincinə səbəb olub. Nəhayət doğma məktəb, qapılarını şagirdlərin üzünə açdı.

Yeni dərs ilində rayonun ümumtəhsil  müəssisələrində I sinif üzrə 2211 şagird təhsil alacaq. Oktyabrın 1-dən başlanılacaq hazrlıq qrupları üçün isə 1580 uşaq qeydiyyatdan keçib.

Cari tədris ilində I-XI siniflərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

Qeyd edək ki, sentyabrın 29-dan ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə,eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində də ənənəvi şəkildə tədrisə start veriləcək.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər