1500 manat məbləğində cərimələndilər

COVİD-19 infeksiyasının sürətlə yayılmasının qarşısının alınması və yoluxma sayının minimuma endirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər görülür,  məhdudiyyətlər tətbiq olunur.  Bəzən qoyulmuş məhdudiyyətlərin nəzərə alınmadığı hallar da olur.

Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində qapalı məkanlarda karantin qaydalarının pozulmasına şərait yaradaraq tibbi maskadan istifadə etməyən şəxslər cərimə ediliblər.

Ağcabədi şəhər sakinləri Ruslan Məmmədli, Ramil Hüseynov, Vahid Hüseynov  hər biri 300, Yadigar Əkbərov, Ömər Orucov, Tural Muradlı, Əlvan Talıbov, Niyaməddin Həsənov, Soltan Soltanov, isə 100 manat cərimələniblər.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər