16-17 sentyabr 2021-ci il tarixlərində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Ağcabədi Regional “ASAN Xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə könüllülər və gənclər arasında “İdman həftəsi” çərçivəsində rayon olimpiya idman kompleksində yüngül atletika, futbol və voleybol idman növləri üzrə yarışlar keçirilmişdir.
16 sentyabr 2021-ci il tarixdə yüngül atletika idman növü üzrə 100 metr məsafəyə qaçış yarışında komandaların üzvləri fərdi olaraq iştirak etmişlər. Yekun nəticədə Şaiq Mehdiyev I, Hümmət Abışov II, Rüfət Kərimov isə III yerə layiq görülmüşlər.
Qeyd olunan tarixlərdə futbol və voleybol idman növləri üzrə yarışlarda könüllü və gənclərdən ibarət komandalar öz qüvvələrin sınamışlar.
Voleybol idman növündə rayonun gənclərindən ibarət “Zəfər” komandası I, “Asan” Könüllüləri Təşkilatının komandası II, Uşaq-gənclər İdman Şahmat Məktəbinin könüllülər komandası isə III nəticə göstərib.
Futbol idman növü üzrə yarışlarda isə Uşaq-gənclər İdman Şahmat Məktəbinin könüllülər komandası qalib gəlmiş, “Asan” Könüllüləri Təşkilatının “Legend” komandası II, Gənclərin İnkişafı və Karyera Mərkəzi Ağcabədi nümayəndəliyinin “GİKM” komandası isə III yer tutub.
“İdman həftəsi” çərçivəsində keçirilən yarışlar gərgin və maraqlı idman mübarizəsi şəraitində keçirilib. Yarışların sonunda I, II və III yerləri tutmuş idmançılara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi və Ağcabədi Regional “ASAN Xidmət” Mərkəzi tərəfindən diplomlar təqdim olunmuşdur.