YAP Ağcabədi rayon təşkilatının fəalları şəhid ailələrini ziyarət ediblər

Rayonumuzda şəhid ailələrinin ziyarət edilməsi daim diqqət mərkəzində saxlanılır. Sentyabrın 17-də YAP Ağcabədi rayon təşkilatının əməkdaşları və sözügedən partiyanın bir qrup fəalının şəhid Xəyal Həziyevin ailəsinə baş çəkməsi bu baxımdan önəmli əhəmiyyət kəsb edir.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov başda olmaqla əvvəlcə şəhidin məzarı ziyarət olunmuş, üzərinə tər çiçəklər düzülmüşdür.

Sonra tədbir iştirakçıları şəhidin valideynləri və yaxınları ilə görüşmüşlər.

Rövşən Əhmədov 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən işğaldan azad edilməsindən söz açmışdır. Qeyd olunmuşdur ki, bu qələbə torpaq uğrunda canından keçmiş qəhrəman döyüşçülərimizin qanı  bahasına əldə olunubdur.

Şəhid Xəyal Həziyevin atası Fehruz Həziyev, anası Məlahət Həziyeva şəhidin adını uca tutduqlarına, onun xatirəsini ehtiramla yad etdiklərinə görə  rayon rəhbərliyinə, sakinlərə minnətdarlıqlarını bildirmişlər. Fehruz Həziyev onu da qeyd etmişdir ki, övlad itkisi valideyn üçün ağır olsa da, uzun müddət erməni işğalçılarının zəbt etdikləri Qarabağ torpaqlarının qaytarılması onlarda böyük iftixar hissi doğurmuşdur.

Hüseyn QULUZADƏ

Şərhlər