2.5 C
Aghjabadi

Ağcabədidə 27 Sentyabr – Anım Günü qeyd olundu

                                    

Azərbaycan xalqının 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd olunur. Ağcabədi rayon Şəhidlər Xiyabanında da bu münasibətlə ümumrayon tədbiri keçirildi.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra Ağcabədi rayon Məscidinin axundu şəhidlərin ruhuna dualar oxudu. Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov  çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il, sentyabrın 27-dən başlanan və şanlı Qələbə ilə sona çatan Vətən müharibəsi  zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin həmişə qəlbimizdə yaşayacağını bildirdi.

Bundan sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev ,Vətən müharibəsi şəhidləri Məkan Qəhrəmanov və Nurlan Quliyevin  valideynləri Mübariz Qəhrəmanov, Zülfiyyə Quliyeva, I Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Sadıq Hüseynovun həyat yoldaşı Nəzakət Bəşirova, YAP Ağcabədi rayon təşkilatının əməkdaşı, I Qarabağ müharibəsi veteranı Ramil Nağıyev, Vətən müharibəsi iştirakçısı,II qrup Qarabağ əlili Elşad Heydərov öz ürək sözlərini tədbir iştirakçılarına çatdırdılar, Azərbaycan Ordusunun 44 gün davam edən hərbi əməliyyatlar zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atmasından söz açdılar,haqq yolunda ölümün gözünə dik baxan şəhidlərimizə Allahdan rəhmət dilədilər.

Şəhid övladlarının söylədikləri mübariz ruhlu şeirlər alqışlarla qarşılandı.

Tədbirin növbəti hissəsində şəhid məzarları ziyarət olundu,üzərinə tər çiçəklər düzüldü. Sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, şəhid ailələrinin üzvləri,tədbir iştirakçıları Şəhidlər Xiyabanında ağacəkmə aksiyasında iştirak etdilər. Rəmzi olaraq 44 ağac əkildi.

Qeyd edək ki,ağacəkmə aksiyası davam edir və şəhidlərin dəfn olunduğu kənd məzarlıqları da daxil olmaqla 500-dək ağacın əkilməsi nəzərdə tutulub.

Saat 12-00-da şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Xəbər lenti

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

İnkişaf Qələbənin əsasıdır

 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik,...

“Niva” “Ford Transit”lə TOQQUŞDU- Sürücü öldü

Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər...

Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu

Ağcabədidə " 3 Dekabr -Beynəlxalq Əlillər Günü" qeyd olunduAğcabədi rayonunda " 3 Dekabr Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş...

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Şərhlər