Vətən müharibəsinin ildönümümünasibəti ilə tədbirlər davam edir

Rayonumuzda şəhid ailələrinin və qazilərin problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu günlərdə qələbə ilə başa çatan Vətən müharibəsinin il dönümü münasibəti ilə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov başda olmaqla bir qrup YAP fəalı tərəfindən Naxçıvan Əlahiddə ümumqoşun Ordusunun xüsusi təyinatlı qüvvələrinin kəşfiyyat komandiri şəhid kapitan Samir Mikayıllının ailəsi ziyarət olunması bu baxımda xüsusi önəm kəsb edib.

Əvvəlcə Ağcabədi rayonun Salmanbəyli kəndində şəhid Samir Mikayıllının adını daşıyan Xatirə parkında onun və Vətən uğrunda canlarından keçmiş digər igidkənd şəhidlərinin abidələri, şəhidin ailə üzvləri və kənd əhalisinin iştirakı ilə ziyarət olunmuş, onların önünə tər çiçəklər düzülmüşdür. 

Sonra tədbir iştirakçıları Samir Mikayıllının doğulub boya-başa çatdığı evə gedərək ailə üzvləri və yaxın qohumları ilə görüşmüşlər.  Görüşdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov ildönümü qeyd olunanVətən müharibəsində 30 ilə yaxın düşmənin işğal altında qalan torpağımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz tərəfindən azad edilməsi uğrunda əsl qəhrəmanlıq göstərmiş döyüşçülərimizin sücaətindən, bu yolda canından keçmiş qəhrəman gənclərimizin, qazilərin isə qanı bahasına böyük qələbənin əldə edildiyini qeyd etmiş, bütün şəhidlərə, o cümlədən kapitan Samir Mikayıllıya Allahdan rəhmət, qazilərə isə şəfa diləmişdir.

Şəhidin yaxın qohumu, kənd ağsaqqalı Heydər Məmmədov, şəhidin atası Sabir Sultanov, anası Əziz Babayeva şəhidləri yaddan çıxarmadıqlarına, onların xatirəsini daim ehtiramla yad etdiklərinə görə ziyarətə gələnlərə minnətdarlığını bildirmişlər. Sabir Sultanov qeyd etmişdir ki, övlad itirsək də, torpaqlarımızın işğaldan azad edilməsi bizə böyük təsəllidir. Bir şəhid ailəsi kimi biz daim dövlətin qayğısını üzərimizdə hiss edirik. Bu diqqətə görə Ali Baş Komandan, ölkə Prezidenti, cənab İlham Əliyevə, Ağcabədi rayon İcra Hakimiyyətinə və YAP Ağcabədi rayon təşkilatına minnətdarlığımızı bildiririk, S.Sultanov onu da vurğulamışdır ki, mənfur ermənilər 10 noyabr sazişinin müddəalarına əməl etməsə, bəzi dövlətlərin dəstəyinə arxalanaraq təxribatlarını davam etdirsə “dəmir yumruq” başları üzərinə enməyə hazırdır. Əgər onlar yenidən bizi müharibəyə sövq etsələr, şəhid oğlumuz Samirin 2 qardaşı da döyüşə atılmağa hazırdır.

​​​​Nazim Bünyadov,

YAP Ağcabədi rayon təşkilatının

        aparat rəhbəri

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər