34.8 C
Aghjabadi
Çərşənbə axşamı, İyun 28, 2022

Yaponiyanın ölkəmizdəki səfiri Ağcabədidə olub

Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi sentyabrın 28-də  Ağcabədiyə səfər edib

Aranqazeti.az  xəbər verir ki, yaponiyalı diplomat əvvəlcə rayon  rəhbərliyi ilə görüşüb. Qonağı salamlayan Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, bir gün öncə ölkəmizdə Vətən müharibəsinin başlanmasının ildönümü qeyd olunub. Yaponiya da müharibədən əziyyət çəkmiş ölkədir.  Ermənilər tərəfindən dağıdılmış, yerlə yeksan edilmiş şəhərlərimizi görənlər onları məhz Xirosimaya bənzədirlər.  Lakin artıq ədalət qalib gəldi. Ötən ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi məhz Azərbaycan Ordusunun Zəfər qazanması ilə başa çatdı. Bu gün azad olmuş torpaqlarımızda böyük quruculuq işləri gedir. II Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində ciddi ziyan dəyən bölgələrimizdən biri də Ağcabədi rayonu olub. Hazırda rayon ərazisində müharibə dövründə zərər görmüş evlər bərpa olunur, tamamilə dağılmış evlər isə yenidən tikilir.

Görüş zamanı rayon rəhbəri səfirə Ağcabədinin tarixi, iqtisadiyyatı, mədəniyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, rayonda pambıqçılıq, taxılçılıq, baramaçılıq və heyvandarlıq yüksək səviyyədə inkişaf edib.

 Yaponiya Hökumətinin qrant yardımı proqramı çərçivəsində Ağcabədi rayonunda reallaşdırılan layihələr   barədə də məlumat verən icra başçısı istər ölkə rəhbərliyinin, istərsə də vətəndaşların bu layihələrin icrasını müsbət qiymətləndirdiyini vurğulayaraq, belə humanitar tədbirlərin bundan sonra da davamlı xarakter daşıyacağına əminliyini ifadə edib, əməkdaşlıqla bağlı bir sıra təkliflər səsləndirib.

Səfir Vada Cuniçi qonaqpərvərliyə, xoş sözlərə, rayon haqqında ətraflı məlumata görə minnətdarlığını bildirib. Vətən müharibəsində həyatını itirən hərbçilərə və mülki şəxslərə görə hüznünü ifadə edib. Verilən təklifləri yüksək dəyərləndirib.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Ağcabədiyə səfəri çərçivəsində səfir  Vada  Cuniçi Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində inşa olunmuş 35 yerlik  Şərəfxanlı kənd körpələr evi – uşaq  bağçası ilə tanış olub. 

Xəbər lenti

24 iyun Azərbaycanda inkişafın təməl günüdür

                     Azərbaycan  1991-ci ildə özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, Ulu öndərin 1993-cü ilin iyun ayının ...

Biz Qələbəmizi Ordumuzun qəhrəman əsgərlərinə, şəhidlərimizə və qazilərimizə borcluyuq

Iyunun 26-da Azərbaycan Silahlı Qüvvələri günü münasibəti ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin əməkdaşları Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş...

Ağcabədidə Silahlı Qüvvələr Günü qeyd olunub

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104 illiyi münasibətilə Ağcabədi rayon ərazisində "N" saylı hərbi hissədə tədbir keçirilib. Öncə Ağcabədi rayon icra hakimiyyətinin başçısı...

26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata...

“Şuşa ili”nə həsr olunmuş tədbir maraqla qarşılanıb

Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, "Ələk" ədəbi məclisi, Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbi, Qarabağ Muğam Mərkəzi və Ağcabədi Rayon...

Dövlətçiliyin və Xalqın xilaskarı

Azərbaycanın Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev  tarixə öz adnını qızıl həriflərlə yazmış dahi sərkərdə olmuşdur. Heç şübhəsiz ki, Ulu...

“Qəbələ”nin kapitanı: “Valideynlərim futbola getməyimə ancaq bir şərtlə razılaşmışdılar ki…” – MÜSAHİBƏ

Saytımızda bu gündən etibarən "TAM ŞƏXSİ" rubrikasına start veririk. Sözügedən rubrikada tanınmış futbolçularla onların futbol karyerası və ailə həyatına dair müsahibələrə yer...

Təbrik edirik!

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə respublikamızda bir qrup dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə”...

23 İyun Dövlət Qulluqçularının peşə bayramıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən hər il İyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi...

Şərhlər