Ağcabədidə anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir

     Sentyabr ayının 27-də  Ağcabədi rayonunda  anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.

     YAP Ağcabədi rayon təşkilatının aparat işçiləri və YAP fəallarının iştirakı ilə Ağcabədi rayonunun  Şəhidlər parkında vətən uğrunda canından keçən şəhidlərin məzarları ziyarət edilmiş, abidə önünə tər çiçəklər düzərək, onların əziz xatirəsi  ehtiramla yad edilmişdir.

       Sonra YAP Ağcabədi rayon təşkilatı tərəfindən “Böyük Zəfər” mövzusunda videokonfrans keçirilmişdir.

        Videokonfransı açıq elan edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov məruzə ilə çıxış etmişdir.

         Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, YAP Veteranlar Şurasının  üzvü Tahir Rzayev, YAP fəalı İbrahim Həsənov, Şəhər 1 saylı ərazi ilk təşkilatının sədri Səadət Kazımova, II Qarabağ müharibəsinin iştirakçısı Muxtar Hüseynov, Şəhid atası Sabir Sultanov çıxış edərək, Zəfər Müharibəsinin başlanması, qazanılan Qələbə, İqtidar-Ordu-Xalq birliyinin tərənnümçüsü,  Ali Baş Komandan cənab İlham Əliyevin bir sərkərdə kimi fəaliyyətindən danışmış, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləmişlər.

YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri:   N.Bünyatov

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com