25 sentyabr 2020-ci il tarixdə qadınlardan ibarət 20 nəfər Xocavənd kənd
sakini sözügedən kənd ərazisindəki mərkəzi yol yenidən qurularkən onların
yaşadıqları küçəyə asfalt örtük salınmadığına görə etirazlarını bilidiriblər.
Həmin şəxslər bunu əsas gətirərək Bəhrəmtəpə-Mingəçevir magistral yolunun
Xocavənd kəndi ərazisindən keçən hissəsini kəsməyə cəhd göstəriblər. Lakin rayon
polis şöbəsi tərəfindən görülən tədbirlər nəticəsində cəhdin qarşısı alınıb. Bu zaman
polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan Xocavənd kənd sakinləri
Ziyadxan Hüseynov, Kamil Bayramov, Elşən Quliyev barəsində inzibati protokol
tərtib olunub.
Digər kənd sakinləri İlham Mamedov, Zabit Əliyev və Zakir Quliyevin
barəsində inzibati protokol tərtib olunub. Toplanmış materiallar məhkəməyə
göndərilərək, həmin şəxslər saxlanılıb.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.