24 sentyabr 2021-ci il tarixində II Qarabağ Müharibəsinin başlanmasının ildönümü ərəfəsində Avşar kəndində Vətən müharibəsi qəhrəmanı, şəhid Elmin Mirzəyevin ailəsi ziyarət olunub. Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri və media nümayəndələri iştirak ediblər.
Ziyarətdə çıxış edənlər Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhid Elmin Mirzəyevin keçdiyi qısa və şərəfli həyat yolundan, döyüşlərdə göstərdiyi igidliklərdən söz açıb, onun haqqında öz xatirələrini, fikirlərini söyləyiblər.
Sonda ziyarət iştirakçıları şəhidin ruhuna dualar oxuyub və onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Hüseyn QULUZADƏ