26 sentyabr 2021-ci il tarixdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin təşəbbüsü ilə Anım Günü qeyd olunmuşdur. Vətən müharibəsi iştirakçıları olan E.İsmayılov adına Hindarx qəsəbə 1 saylı tam orta məktəbinin müəllimi Seyhun Qasımov, Şahsevən kənd tam orta məktəbinin müəllimi Mahir Bağırov, şəhər 1 saylı tam orta məktəbinin müəllimi Elgün Həsənov və digər şəxslər Ağcabədi Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərin məzarları üzərinə əklil qoyub, qərənfillər düzmüşlər. Tədbir iştirakçıları zəfərə aparan yol haqqında danışmış, bu yolda fədakarlıq göstərən şəhidlərin unudulmaz xatirələrini yad etmiş, onların ruhuna dualar oxumuşlar.
“Aran”