Ağcabədidə təlim sessiyaları keçiriləcək

“Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qarabağ gənclərinin karyera və məşğulluğü üzrə təlim-məsləhət xidmətlərinin təşkili” adlı maarifləndirici layihənin icrasına başlayır.

4 ay müddətində (01 oktyabr 2021 – 01 fevral 2022-ci il tarixlərində) icra olunacaq layihə Qarabağ iqtisadi regionunun Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Füzuli rayonlarında gənclərə bərabər məşğulluq imkanları yaratmaq və onların effektiv karyera qurmaları üçün zəruri bilik, bacarıq və təcrübə aşılamağı nəzərdə tutur. 

Layihə eyni zamanda Qarabağ gənclərinin karyera ehtiyaclarının təmin olunması və bu regionun gənclərinin məşğulluq sahəsində fəaliyyət dairələrinin zənginləşməsi üçün şərait yaradılmasını stimulaşdıracaqdır. 

Layihə nəticəsində Qarabağ iqtisadi regionunun gənclərinin karyera və məşğulluğu üzrə məlumat-konsaltinq xidmətlərinin inkişafına təkan verəcək davamlı fundamental təlim bazası və könüllü təlimçilər şəbəkəsinin qurulması da nəzərdə tutulur.

Layihə çərçivəsində ilk olaraq 5 rayonda gənclər arasında məşğulluğun səviyyəsi, bu sahədə real vəziyyət, karyera imkanları barədə regionun gənclərinin rəy və təkliflərilə bağlı sosioloji sorğu keçiriləcək və obyektiv hesabat hazırlanıb geniş ictimaiyyətə və aidiyyətli qurumlara təqdim olunacaq. 

İcra planına uyğun Ağdam, Füzuli, Tərtər, Bərdə və Ağcabədi rayonlarında hər birində 3 gün olmaqla 120 nəfər region gənci üçün “məşğulluq, karyera və işaxtarmaq imkanları” mövzularında təlim sessiyaları keçiriləcək və digər gənclər qrupları üçün məlumat-konsaltinq xidmətləri təşkil olunacaq.

Layihə çərçivəsində iştirakçılar və onların vasitəsilə digər həmkarları üçün “Qarabağ gənclərinin məşğulluq və karyera imkanları” adlı Yaddaş kitabçası çap olunub paylanacaq və eləcədə davamlılıq üçün qurulan 15 nəfərlik könüllü təlimçilər şəbəkəsi üzvlərinə peşəkar təlim modulları təqdim olunacaq.

Millət vəkilindən mediaya dəstək

Xəbər verdiyimiz kimi, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan məsələlər arasında medianın vergidən azad...

Mehriban Əliyeva Türkiyəyə başsağlığı verib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib.  "Instaqram" hesabında olan paylaşımda...

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 26 avtomobili maneəsiz keçib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 20 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.   "Report"un aksiya keçirilən...

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad edilir

Aranın xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur. Layihənin qeyd hissəsində əsaslandırılıb...

Azərbaycan və  Macarıstan oxşar cəhətlərə malik ölkələrdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstana rəsmi səfəri zamanı Budapeştdə mətbuata bəyanat vermişdir. Bəyanatda qeyd edilir ki, dost ölkələr kimi Azərbaycanla Macarıstan...

Azərbaycanda media subyektlərinin əldə etdikləri gəlirlər vergidən azad olunacaq

Azərbaycanda media subyektlərinin əldə etdikləri gəlirlər vergidən azad olunacaq. "Report"un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Azərbaycan və Macarıstan münasibətləri yeni inkişaf mərhələsində

Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu ölkələr arasında qarşılıqlı səviyyədə...

Türkiyədə zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb, 2323 nəfər yaralanıb 

Türkiyədəki zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb. “Aran” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in çevik qüvvələri Türkiyəyə yola düşəcək

Bu gün səhər saatlarında Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab...

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başsağlığı verib. Aran xəbər verir ki, başsağlığında deyilir:

Şərhlər