Şəhidlərin il mərasimi qeyd olunub

            Bu günlərdə Vətən müharibəsində qəhrəmancasına həlak olmuş rayonun Kürdlər kənd sakini Cəmaləddin Məmmədov və Qaravəlli kənd sakini Xəzər Bayramovun il mərasimləri keçirilib. Mərasimdə rayon icra hakimiyyəti aparatının məsul işçiləri, yerli icra və bələdiyyə nümayəndələri, şəhid ailələrinin üzvləri, kənd sakinləri, din xadimləri və media mənsubları iştirak ediblər.

            Mərasimlərdə şəhidlərin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, məzarları ziyarət olunub. Sonra şəhidlərin ruhuna dualar oxunub, ehsanlar verilib.

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər